Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Yanvar » 3 » Adem Ve Hevvanın Hekayesi
Adem Ve Hevvanın Hekayesi
12:32
Allahin yerdəki xəlifəsi

Bütün insanların ulu babası, Allahın ilk yaratdığı insan Həzrət Adəm olub. Rəngindən və irqindən, dilindən və dinindən asılı olmayaraq, bəşəriyyət Adəm və Həvvadan törəyib-artıb. Bu baxımdan bütün insanlar bir-birinə qohum, eyni baba ilə nənənin nəvələridir: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (“Nisa” surəsi, 4-cü ayə).
Allah Adəmin bədənini torpaqdan yaratdı, sonra ona öz ruhundan üfürdü. Beləliklə, cansız maddi bədənə ruh verildi və Adəm canlandı: [b]“(Allah) İnsanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən - bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!” (“Səcdə” surəsi, 7-9-cu ayə).

İblis əvvəl mömin olub

Allah yeni məxluqu Yer üzərində Öz xəlifəsi etmək üçün yaratdı: “Sənin Rəbbin mələklərə “Mən Yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedi...” (“Bəqərə” surəsi, 30-cu ayə).
Belə bir böyük məqam sahibi - Allah xəlifəsi olacaq insanı canlandırdıqda mələklərə əmr etdi ki, Adəmin qarşısında əyilib səcdə etsinlər. Bununla da həm Allahın əzəmətini, həm də Onun xəlifəsinin ülvi məqamını təsdiqləsinlər. Mələklər hamılıqla Allahın əmrini yerinə yetirib, Adəmin qarşısında baş əydilər. Təkcə İblis adlı cindən başqa. İblis əvvəllər ən mömin cinlərdən imiş və Allah yanında elə bir məqam əldə etmişdi ki, mələklər aləmində mələklərlə birgə olurdu.

Lakin Adəmin yaradılmasını qısqanclıqla qarşılayan İblis təkəbbür edib Allaha itaətini pozdu və beləliklə, ilk Şeytan oldu. Allah, itaətsizliyində israr edən İblisi dərgahından qovdu və onu ən ağır cəza ilə cəzalandırdı.
İblisin şeytanlığı
Bütün bunlar Quranda belə təsvir olunur: “Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa hamısı səcdə etdi... (Allah iblisə):“Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” - deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” - dedi. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”. (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”. (İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”. (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!” (“Əraf” surəsi, 11-18-ci ayələr).

Allah iblisi cəzalandırıb Öz dərgahından qovsa da, Qiyamət gününədək ona insanların qəlbinə vəsvəsə salıb aldatmağa, Allahın yolundan sapdırmağa möhlət verdi.
Bununla da Allah həm də insanları sınağa çəkdi: insan kimin sözünü eşidəcək, kimə itaət edəcək, Yaradanı Allaha, yoxsa onu azdırmağa çalışan şeytana? Bu sınaqdan uğurla çıxan isə Allahın ən sevimli bəndəsi olacaq. Əslində, şeytan sadiq bəndələrə heç bir təsir də edə bilməz...

Təlim kursu

Allah insanı Yer üzərində xəlifə etmək üçün yaratsa da, onu dərhal Yer üzərinə göndərmədi. Axı Allah xəlifəsi olmaq, əsl insan olmaq üçün hələ bir çox şeyləri öyrənmək, təlim kursu keçmək gərək idi. Bir sürücü maşın sürmək üçün təlim kursu keçməsə, sürücülük vəsiqəsi qazanarmı? Allah Adəmə ilahi təlim verib onu əsl adam (!) etmək üçün əvvəlcə Cənnət bağlarında yerləşdirdi. İnsan təbiətini elə qurdu ki, o tək olmasın və xoş həyat sürsün deyə, Həvva nənəmizi yaradıb Cənnətdə Adəmə yoldaş etdi.

Adəmlə Həvvanın böyük səhvi

Adəmlə Həvva Cənnətdə İlahi nemətlərin nə olduğunu öyrənməyə başladılar. İlk olaraq Allah Adəmə bütün şeylərin adını, mahiyyətini öyrətdi. Bundan sonra öyrətdiklərini mələklərdən xəbər aldı və onlar Adəmin öyrəndiyi şeyləri bilmədiklərini etiraf etdilər. Allah Adəmə buyurdu ki, həmin şeylər haqqında mələklərə məlumat versin. Bununla Allah Öz xəlifəsi olan insana, hətta mələklərin də bilmədiyi şeyləri öyrətdiyini, insanın mələklərdən də ülvi məqam sahibi ola biləcəyini nümayiş etdirdi. Sonra Allah yaradılışın əsas məsələlərindən biri olan sınaq, imtahan məsələsini onlara təlim etdi. Bu zaman Allah onların hər ikisinə də tapşırdı ki, Cənnətdə istədikləri meyvələrdən yesinlər, təkcə bircə ağacdan başqa: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!” (“Əraf surəsi”, 19-cu ayə).
Adəm və Həvva Cənnət bağlarında hədsiz dərəcədə sevinirdilər. Orada onlar üçün hər şey hazırlanmışdı. Çeşidli ağaclar, ətirli və dadlı meyvələr... Adəmə sınaq meydanı verilən kimi, İblisin - Şeytanın əlinə fürsət düşdü ki, Adəmdən intiqam alsın və onu sapdırıb, fəlakətə uğratsın. O, Adəmlə Həvvaya yaxınlaşıb onları qadağan edilmiş ağacın meyvəsindən yeməyə şirnikləndirdi. Aldadıb dedi ki, bu meyvədən yemək, əksinə, sizə xeyir gətirər. Adəm babamızla Həvva nənəmiz şeytanın vəsvəsəsinə, şirin sözlərinə uyub İlahi qadağanı pozdular: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”. Həm də onlara “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı” (“Əraf” surəsi, 22-ci ayə).
Çılpaq Adəmlə Həvva

Adəm və Həvva o ağacın meyvəsindən yeyən anda çox qəribə bir hadisə baş verdi. Onların ayıb yerləri görünməyə başladı və hər ikisi də bu andan çılpaq olduqlarının fərqinə vardılar. Bu onlarda nəfsin təzahür etməsindən irəli gəlirdi. Orada enliyarpaqlı ağaclar da var idi. Adəm və Həvva onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Bu ağacların yarpaqlarından özlərini örtmək üçün paltar düzəltdilər: “(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” (“Əraf” surəsi, 22-ci ayə).

Bu hadisələrdən sonra Allah Adəmi məzəmmət etdi və yeni bir dərsi, tövbə edib yenidən Allahın itaətinə qayıdış təlimini öyrətdi. Adəm səmimi-qəlbdən tutduğu işə görə peşmançılıq keçirdi, ağlayıb göz yaşı tökdü və tövbə edərək Allahdan bağışlanmaq istədi: “Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi” (“Taha” surəsi, 122-ci ayə). Allah bununla da Adəmə öyrətdi ki, insan pis iş görməməlidir, amma işdi, Şeytana aldanıb itaətdən çıxsa, dərhal tövbə edib Allaha qayıda bilər. Və Allah da Adəmin səmimi tövbəsini qəbul etdi. Bununla yanaşı, Allah Adəmə dünya həyatında olduqca əhəmiyyətli olan dost-düşmən anlayışını, dostu düşməndən seçməyi də öyrətdi.

Adəmlə Həvvanın “sürücülük” vəsiqəsi

Allah insanı Yer üzünə, dünya həyatına sınamaq üçün gətirdiyindən, dünya həyatının məğzi olan bu təlimləri Adəmə keçməliydi. Adəm Cənnətdə təlim kursunu uğurla başa vurduqdan sonra, Allah onu artıq bir “adam” kimi həyat sürmək üçün Yer üzünə endirdi. Adəm, Həvva və onlara artıq düşmən kəsilmiş İblisə Yerə enmək əmr olundu: “(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!” (“Taha” surəsi, 123-cü ayə).

“Sürücülük vəsiqəsi»ni alıb Yer üzünə göndərilən Adəmlə Həvva artıq dünya həyatının qayda-qanunlarına uyğun yaşamalı oldular. Cənnətdəki rahatlıq burada gözə dəymirdi. Dünyada hər şeyi çətinliklə əldə etməli idi Adəmlə Həvva, hətta bir-birlərini də. Allah onları Yerin ayrı-ayrı guşələrinə endirdi. Onlar uzun müddətdən sonra bir-birlərini tapıb, bir-birinə artıq “adam kimi”, ər-arvad olaraq qovuşdu və Yer üzündə ailə həyatının bünövrəsi qoyuldu. Rəvayətə görə, Adəm Seylona (Şri-Lanka adası), Həvva isə Məkkə yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəmlə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində - Ərəfat dağında bir-birinə yenidən qovuşmuşdur. Adəm Məkkədə ilk ibadət evini - Kəbəni bina edir və babamızla nənəmiz burada bol-bol Allaha ibadətlə məşğul olurlar.

İlk izdivacin bəhrəsi

Günlər ötdü. Babamız Adəmlə nənəmiz Həvva bəşəriyyətin artımına yol açmaqdaydılar. “(Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı. (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib, “Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” - dedi” (“Əraf” surəsi, 189-cu ayə). Həvvadan bir oğlan və bir qız doğuldu. Sonralar o, yenidən bir oğlan və bir qıza sahib oldu. Beləliklə, yer üzərində sakin olan insanların sayı altı nəfərə çatdı. Adəm və Həvva övladları olduğu üçün çox sevinirdilər və bu dünyada da bol-bol nemətlər bəxş etdiyinə görə daim Allaha şükür edirdilər...
Dünya həyatında Adəm həm də ilk peyğəmbər idi. Allah ona vəhy yolu ilə mənəviyyat qanunlarını öyrədirdi və o da bunları ətrafdakılarına, ailə-uşaqlarına çatdırırdı. Həzrət Adəm Peyğəmbər həqiqi sınaq yurdu olan dünya həyatında hər cür günahlardan uzaq, saf, Quranda deyildiyi kimi, seçilmiş bir peyğəmbər kimi yaşadı və rəvayətlərə görə, min ilə yaxın ömür sürdü.
Ümumiyyətlə, keçmişdəki insanlar texniki rifah baxımından bugünkü imkanlara malik deyildilərsə də, həm psixoloci gərginlik, həm də ekoloci böhranlar baxımından indikilərdən olduqca təmiz, asudə həyat sürürdülər. Axı Adəmin içdiyi su, yediyi təmiz qidalar, nəfəs çəkdiyi saf hava «bakirə təbiət»in məhsulu idi. Beləcə, babamız Adəmlə nənəmiz Həvva ilk insanlar olaraq bu dünyada layiqli həyat yaşadılar və yenidən «dadı damaqlarında qalmış» Cənnətə doğru, dünya həyatlarından köç etdilər…

Adəm dinlər aynasında

Dinimizə görə, Adəm məhz Yer üzünə gəldikdən sonra dini mükəlləfiyyət daşıyırdı. Yəni halal və haram anlayışları bu dünyaya aiddir. Və Adəm Cənnətdən Yer üzünə günah etdiyinə görə deyil, elə Yer üzünə xəlifə yaradıldığına görə göndərilib. Cənnətdə olanda isə o, sadəcə, dünya həyatına hazırlıq kursu - insanlıq təlimi keçirdi. Müqayisə üçün deyək ki, xristianlığa görə Adəm Cənnətdə günah etdiyinə görə Yerə endirilib. Xristianlıq Adəmin bu dünyaya gəldikdə, artıq ruhən ölmüş olduğunu önə çəkir: “...Amma ruhən onlar həmin andaca öldülər. Onların “zoe”si artıq dağılmışdı. Onlar Allahdan məhrum oldular. Adəm və Həvva Ədən bağından qovuldular. Baş məleykə odlu qılıncı ilə onlara Ədən bağına qayıtmağı qadağan etdi” (Yarad 3:23, 24). İnsanlar da onun cəzası olaraq bu dünyada yaşayırlar.

Əslində isə Adəm Cənnətdə sanki sürücülük kursu keçən müdavim idi. Təlim meydançasında yol nişanlarını pozduğuna, yaxud qırmızı işıqda keçdiyinə görə o, cərimə edilə bilməzdi! Lakin «sürücülük vəsiqəsi» əldə edib, bu dünyaya gəldikdə artıq «qırmızı işığı» keçdiyinə görə sərt cəza ala bilərdi. Bu dünyada isə Adəm heç zaman «qırmızı işıq»da keçməyib və günah etməyib. Ona görə də Həzrət Adəm məsum bir peyğəmbərdir.
Xristianlığa görə, Adəm və Həvva günah işlətdikdən sonra, guya onların şüurundan Allahı tanıma biliyi oğurlandı. Onlar artıq allahsızlaşdılar. İslam isə bu hadisəylə Allahın sonsuz mərhəmət sifətinin, tövbə və bağışlanma anlayışının önə çəkilməsini vurğulayır...
İslama görə hər bir insan dünyaya məsum, günahsız gəlir. Xristianlığa görə isə dünyaya gələn hər bir insan babamız Adəmin etdiyi günaha görə irsi olaraq həmin günahı daşıyır. Hər kəs dünyaya günahkar gəlir: “Ulu valideynlərimizdən cismani həyat ilə yanaşı, ölü bir ruh da miras almışıq” (Rom. 5:12, Efes 2:1, 1Kor 15:21, 22). Hər bir insan dünyaya cismən canlı, ruhən isə ölü gəlir. O, dünyaya bir Allahsız kimi gəlir...

Quran ayəsi isə bizə öyrədir ki, heç bir insan digərinin günahına görə məsuliyyət daşımır! Beləliklə, Bibliyadan fərqli olaraq, Quranda Adəm dərin ehtiramla anılır və Yer üzünün ilk ilahi xəlifəsi olaraq təqdim edilir.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 1485 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/2 |
Ümumi şerh: 3
05.01.2009
3. sirin (Shirin) [Xeber]
.Gozlerim agridiyeee ne uzuuuuunnnnnnnduuuuuuu wacko ama maraqliDI...

03.01.2009
2. Anar (ANAR_PUSU) [Xeber]
.hmmmmm tam oxumadım amma cox sey oyrendım bu xeberden

03.01.2009
1. Kamal (Admin) [Xeber]
.heç bir insan digerinin günahına göre mesuliyyet daşımır!----xebere gore cox sagol Anar.ela xeberdi wink

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Yanvar 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024