Beynəlxalq Universitetlər Assosiasiyası (IAU) Palgrave Macmillan Ltd. ilə birgə 2009-cu il Ali Təhsil Sahəsində Tədqiqatlar üzrə Mükafat elan edir.
Mükafatın veriləcəyi namizədlər seçilərkən əsas diqqət ali təhsildə bərabər imkanlar, qazanılan uğurlar və təhsilin keyfiyyəti məsələlərinə yönəldiləcəkdir. Təşkilatdan TELEBE.AZ - a verilən məlumata görə, müsabiqənin keçirilməsində başlıca məqsəd hər bir kəsin bərabər imkanlar əsasında təhsil ala bilməsi istiqamətində aparılan araşdırmalar hesabına əldə olunan təcrübənin bölüşdürülməsində üzv ölkələrin səfərbər edilməsidir. Müsabiqədə IAU-ya üzv təşkilatlarda çalışan tədqiqatçılar, alimlər iştirak edə bilərlər. Müsabiqə üçün ali təhsildə bərabər imkanlar, qazanılan uğurlar və təhsilin keyfiyyəti məsələlərinin bu sahədə başlıca məqsəd kimi rolunu əks etdirən, o cümlədən qeyd edilənlərə nail olmaq üçün hansı proqramların həyata keçirilməsinə dair elmi məqalələr qəbul olunur. Məqalələr analitik təhlilə əsaslanaraq ali təhsil sahəsində aparılan siyasət və onun təsirinin nəticələri barəsində ola bilər. Təqdim olunmuş məqalələr beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və seçilmiş məqalələr Beynəlxalq Universitetlər Assosiasiyasının hər üç aydan bir nəşr olunan "Ali Təhsil Siyasəti" adlı elmi jurnalında dərc olunacaqdır. Müsabiqə üçün təqdim olunmuş inşa maksimum 7.500 sözdən ibarət olmalı, ingilis və ya fransız dilində yazılmalı və 31 mart 2009-cu il tarixinə qədər aşağıdakı ünvana göndərilməlidir:
International Association of Universities UNESCO House, 1, rue Miollis, F-75732 Paris Cedex 15, France iau@unesco.org Qalibə 1.000 funt sterlinq məbləğində mükafat təqdim olunacaqdır. Müsabiqə barəsində əlavə məlumatı www.unesco.org internet saytından əldə etmək mümkündür.
|