Bir neçə gündür davam edən sərt hava şəraiti nisbətən mülayimləşib. Lent.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya və Proqnozlar Bürosundan bildiriblər ki, yanvarın 2-də şimal küləyi arabir güclənən cənub küləyi ilə əvəz olunub. Əvvəlki günlərə nisbətən temperatur 2-3 dərəcə yüksəlib.
Belə hava şəraiti həftənin sonuna qədər dava edəcək. Temperatur gündüz saatlarında 3-5 dərəcəyədək yüksələcək. Gecə isə yenə də şaxtaların -3 dərəcə olacağı gözlənilir. Yolların buz bağlaması istisna olunmur.
Yanvarın 4-də gündüz saatlarından başlayaraq cənub küləyi yenidən arabir güclənən şimal küləyi ilə əvəz olunacaq və bu da havanın bir az sərtləşməsinə gətirib çıxaracaq. Gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir.
|