Başlıq » 2009»Yanvar»1 » "Aztelekom” İB internet xidmetlerini endirib
"Aztelekom” İB internet xidmetlerini endirib
21:32
İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, internetdən istifadəyə daha yaxşı şəraitin yaradılması məqsədilə ADSL avadanlıqları vasitəsilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi tərəfindən göstərilən internet xidmətlərinin yeni tarifləri təsdiq olunub. Bu barədə məlumatı AZADİNFORM-a RİTN-dən veriblər. Belə ki, gələn il yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflərə əsasən, ötürülən 1024/1024kbit/s tutuma görə aylıq istifadə haqqı 30% aşağı salınaraq 350 manat təşkil edəcək. "Aztelekom" İB həmçinin İP-TV xidmətlərinin tariflərində də dəyişiklik edib. Belə ki, əgər bu xidmətə qoşulmaya görə 20 manat, 1 aylıq istifadəyə görə 9 manat xidmət haqqı müəyyən olunmuşdusa, yeni tariflərə əsasən, rayon TKQ-lərdə göstərilən İP-TV xidmətlərinə yeni ildən 5 manat qoşulma, 7 manat aylıq istifadə tarifləri tətbiq olunacaq.