İngiltərənin “Çippenhem Taun” klubunun futbolçusu Devid Pratt unikal rekord müəyyənləşdirib.
Lent.az-ın “France Presse”yə istinadən məlumatına görə, hücumçu İngiltərənin 7-ci divizionunda “Beşli” komandası ilə keçirilən görüşün 3-cü saniyəsində meydandan qovulub.
D.Pratt rəqib oyunçu Kris Noulzun ayağının üstünə qoşa ayaqla tullandığı üçün birbaşa qırmızı vərəqə alıb. 2:1 hesabı ilə başa çatan matçdan sonra 21 yaşlı futbolçu hakimin həddən artıq ağır qərar qəbul etdiyini söyləyib. O, həmçinin müəyyənləşdirdiyi dünya rekordu ilə fəxr etmək məqsədi güdmədiyini də bəyan edib.
Qeyd edək ki, bundan əvvəlki rekord İtaliyanın “Bolonya” klubunun futbolçusu Cüzeppe Lorentsoya məxsus olub. O, 1990-cı ildə görüşün 10-cu saniyəsində rəqib oyunçuya zərbə endirdiyi üçün qırmızı vərəqə alıb.