Tarkan ermənilərdən üzr istəmə kampaniyasının aparıldığı internet saytının bağlanılmasını sevinclə qarşılayıb
“Türkiyədə aparılan ermənilərdən üzr istəmə kampaniyasında mənim adımın hallanmasından xəbərim belə yox idi. Mənim yerimə kimlərsə bu imza kampaniyasına qoşulub, adımdan istifadə olunub. Bu məsələdən sonra ürəyimdən bu mövzu ilə bağlı danışmaq keçirdi və indi ürəyimdəkiləri dilə gətirirəm”.
Bu sözləri dunen Bakıya gələn Türkiyənin “meqa-star”ı Tarkan Heydər Əliyev Beynəlxalq Hava Limanında APA-nın sualını cavablandırarkən deyib.
Onun adından üzr istəmə kampaniyasına imza atıldığı vaxt Vyanada səfərdə odluğunu bildirən Tarkan belə bir kampaniyaya qoşulmağın heç vaxt ağlından belə keçmədiyini vurğulayıb.
“Meqa-star” onu da deyib ki, ermənilərdən üzr istəmə kampaniyasının aparıldığı internet saytının bağlanılmasını sevinclə qarşılayıb.
|