Türkiyənin ən çox izlənən seriallarından biri Kurtlar Vadisi Pusu artıq bir aydır ki ,yayınlanmır.Vadinin istehsal şirkəti olan PANA FİLM ilə serialın yayım hüququna malik olan SHOW TV kanalı arasındakı iqtisadi problemlərin davam etməsi səbəbilə yayından qaldırılan vadi izləyiciləri yeni seriyaların hansı kanalda yayımlanacağını maraqla gözləyir.Vadi ən son Qurban bayramından əvvəl efirə gedib.Verilən xəbərlərə görə adı çəkilən kanal bir neçə seriyanın pulunu istehsalçı şirkətə ödəməyib.Nəticədə şirkət də ödəmələri həyata keçirə bilmir.Digər tərəfdən isə artıq Kurtlar Vadisinə bəzi kanallardan təkliflər gəlib.Bu kanallar arasında Fox ,Star,Kanal D,Atv,Kanaltürk və hətta Trt var.Amma daha çox ehtimal Fox,Star və Atv kanallarıdır. PANA FİLM tərəfindən verilən açıqlamada "SHOW TV buna bir çıxış yolu tapmazsa yollarımız ayrılacaq.Kurtlar Vadisi Pusunun hansı kanalda yayınlanacağı problemlər həll olduqdan sonra bəlli olacaq" deyilir.