Başlıq » 2008»Dekabr»22 » “Tehsil haqqında” qanun layihesi Milli Meclise tövsiye olunub
“Tehsil haqqında” qanun layihesi Milli Meclise tövsiye olunub
19:20
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının iclasında “Təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başa çatıb. Komissiya layihəni müzakirə etmək üçün parlamentə tövsiyə edib. Qeyd edək ki, “Təhsil haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib ki, layihə üzərində xeyli iş aparılıb, 3 maddə sənəddən tamamilə çıxarılıb. Onun sözlərinə görə, layihədə təhsilin strukturu, təhsil müəssisələrinin statusu, təhsilin pillələri ilə bağlı məsələlər aydın şəkildə öz əksini tapıb. Layihədə məktəbəqədər təhsilin üç yaşdan, icbari təhsilin isə beş yaşdan başladığı qeyd olunub. Sənəddə həmçinin orta məktəbdə icbari təhsilin 11 ildən 9 ilə endirildiyi, tam orta təhsilin təmayülləşdirildiyi bildirilib.
Ş. Hacıyev deyib ki, layihədə ali təhsil üç piləyə bölünüb, hər pillə isə tam ali təhsil hesab olunur. Komissiya sədri qeyd edib ki, dünya təhsil sistemində olmadığı üçün aspirantura pilləsi layihədən çıxarılıb. Onun sözlərinə görə, doktoranturanın iki pillədən - fəlsəfə doktoru və elmlər doktoru – olması nəzərdə tutulub. Fəlsəfə doktoru indiki elmlər namizədi pilləsinə bərabər tutulur. Layihəyə əsasən təhsil müəssisələri üzərində nəzarət saxlanılsa da, onlara müstəqilik verilir. Həmçinin təhsilin birbaşa maliyyələşməsi nəzərdə tutulur.
Təhsildə yaş senzinin müəyyən olunması isə müvafiq icra hakimiyyətinə həvalə edilib. Bu layihəyə əsasən Azərbaycanda liberal təhsil sistemi yaradılacağını bildirən komissiya sədri onu da deyib ki, sənədlə bağlı beynəlxalq qurumlar tərəfindən müsbət rəylər verib./Novosti/