Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2008 » Dekabr » 22 » TOEFL ve İELTS nedir?
TOEFL ve İELTS nedir?
19:00
ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir . TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IETLS testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-da 2 mindən çox universitet və kollec IETLS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, Magist və ya hər iki dərəcə üçün istəyə bilər.
IETLS yazılı imtahandır. Toefl isə əksinə yalnız computer əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın computer versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200 ABŞ dollar arasında olur. TOEFL-da olduğu kimi IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.
Sonda nəzərinizə çatdıraq ki, IELTS.org və Toefl.org saytlarından müvafiq imtahanlarla bağlı ətraflı məlumat əldə edə bilərsiniz./voanews.com/
Kateqoriya: Tehsil | Baxılıb: 3067 | Elave eden: Admin | Reytinq: 5.0/1 |
Ümumi şerh: 6
02.11.2014
6. ilkin hesimli [Xeber]
.salam ispanyada magistr etmek ucun neler vacibdir? cvb versez sevinerem. sagolun

06.05.2012
5. sahid [Xeber]
.Cox sag olun tesekkurler

25.05.2011
4. Merdan Hacisoy [Xeber]
.Men bakalavr olaraq Almaniya ve ya Isvecrede tehsil almaq isterdim. Esitdiyime gore IELTS TOEFLdan daha asandir. Bes IELTS neticesini butun avropa qebul eliyir? Yaxut da hansi olkeler qebul edir? Hansi neticeni? Zehmet olmasa melumatlandirardiz!

23.08.2010
3. LUCIA [Xeber]
.MEN NORVEC UNIVERSITETLERININ BIRINDE TEHSIL ALMAQ ISTERDIM..HELE 2CI KURSDAYAM MAGISTR ISDIYIREM MBA...XAHIS EDIREM KOMEK EDESIZ?MEN BUNUN UCUN NE ETMELIYEM?TOEFL YOXSA IELTS?EVVELCEDEN TESEKKUR

23.12.2008
2. Anar (ANAR_PUSU) [Xeber]
.he amma menım hele kı ele fıkrım yoxdu sad bir de kı hele 4 kursu bitırek ona sonra baxarıq eger bıtıre bılsek smile

22.12.2008
1. Kamal (Admin) [Xeber]
.Ne deyim Vallah =)) Allah butun telebelere magistr olmagi qismet elesin..Amma nece deyerler Senden Hereket Allahdan bereket. cool

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Dekabr 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024