Bakıda dekabrın 23- 25-də «Start» V Beynəlxalq Tələbə Filmləri festivalı keçiriləcək. çərşənbə günü Festivalın təşkilat komitəsindən xəbər verilib ki, Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Latviya, Qırğızıstan, Özbəkistan, Misir, Gürcüstan tələbələrinin qatıldığı festival «1-30 dəqiqəlik dünya» şüarı altında keçiriləcək. Festivalın müsabiqə proqramına daxil ediləcək filmləri, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən dəvət olunmuş peşəkar kinematoqrafçılardan ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Festivalın açılış mərasimi Teatr Xadimləri İttifaqında , filmlərin baxışı «Nizami» kinoteatrında keçiriləcək. «Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən «Start» festivalı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. /Trend.az/
|