Başlıq » 2008»Dekabr»19 » “Universitetlerin köçürülmesi meselesi hele ideyadır”
“Universitetlerin köçürülmesi meselesi hele ideyadır”
18:25
Misir Mərdanov: “Buna görə də mən əsası olmayan məlumatlar verməklə ictimaiyyəti çaşdırmaq istəmirəm”
“Bakıdakı ali məktəblərin şəhərin kənarına köçürülməsi məsələsi ideyadan başqa bir şey deyil. Hələ bu məsələ ilə bağlı konkret bir söz demək olmaz. Çünki nəzərdə tutulan planlar hələ söz-söhbət səviyyəsindədir”.
Təhsil naziri Misir Mərdanov şəhərin mərkəzindəki universitetlərin şəhərdən kənara köçürüləcəyi barədə xəbərlərə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, universitetlərin köçürülməsi şəhərin kənarında onlar üçün yeni tədris binalarının tikildikdən sonra dəqiqləşəcək.
Misir Mərdanov bildirib ki, hazırda şəhərin kənarında universitetlər üçün nə yer müəyyənləşməyib, nə də hansı universitetlərin hara köçürüləcəyi barədə konkret fikir yoxdur: “Buna görə də mən əsası olmayan məlumatlar verməklə ictimaiyyəti çaşdırmaq istəmirəm”.
Bununla belə, təhsil nazirinin fikrincə, universitetlərin şəhərin kənarına köçürülməsi özlüyündə yaxşı ideyadır: “Bir tərəfdən, ali məktəblərin inkişafı üçün geniş imkanlar yaranacaq. Digər tərəfdən isə şəhərin mərkəzində sıxlıq azalacaq. Dünyanın inkişaf etmiş ölkələrin hamısında ali təhsil müəssisələri şəhərin kənarında yerləşir. Bizdə də belə olması lazımdır”.