Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “Yaprak Dökümü” serialından qovulan Şevket rolunu canlandıran Canər Kurtaranı başqa bir aktyor əvəzləyəcək.
Lent.az-ın “Milliyet”ə istinadən məlumatına görə, serialı hazırlayan “Ayyapım” şirkəti bu rol üçün aktyor Həsən Kiçikçətinlə müqavilə bağlayıb. Həsən Kiçikçətin keçən mövsüm kanalda yayımlanan “Mənəkşə ilə Halil” serialında mənfi xarakter “Mustafa”nı canlandırıb.
Qeyd edək ki, narkotik istifadəçisi olduğu üçün ötən il 2 dəfə həbs olunan və sərbəst buraxılan, buna görə uzun müddət müalicə alan Canər Kurtaranın serialdan qovulmasına nizam-intizama riayət etməmısi, çəkilişlərə vaxtında getməməsi səbəb olub. “Yaprak Dökümü” gələn ilin iyununda başa çatacaq
|