Dünya gözəli-2008"-in qalibi rusiyalı Kseniya Suxinova oldu
Rusiyalı Ksenia Suxinova Yoxannesburqda keçirilən 58-ci "Dünya gözəli-2008" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Lent.az-ın AFP-yə istinadən məlumatına görə, 21 yaşlı Sibir gözəli "Rusiya gözəli-2007"-nin də qalibi olmuş, həmçinin Tümenin ən gözəl qızı adını da qazanmışdı.
İkinci yeri "Trinidad i Tobaqo gözəli" Qabriel Uolkott (Gabrielle Walcott), üçüncü yeri isə "Hindistan gözəli" Parvati Omanakuttan (Parvathy Omanakuttan) tutublar.
Suxinova dünya gözəli seçilən ikinci rus qızıdır. 1992-ci ildə müsabiqəni rusiyalı Yuliya Kuroçkina udmuşdu. Başqa bir rusiyalı - Oksana Fyodorova isə 2002-ci ildə “Kainat gözəli” olmuşdu. Müsabiqənin təşkilatçılarının saytı xəbər verir ki, bu il teletamaşaçıların sayı rekord qırıb – gözəlləri yarışmasını 2 milyard adam izləyib. Ksenia Suxinova
.____________ AY KAMAL MUBARİZ BU GUN ELEDİYİN DAY ELİYİB DAAAAAAAAA)))))))))))))))))))))) AYE GEDİB ORDADA SEHNEDEKİ EKRANLARİ ZADİ SİNDİRACAQ BİYABİR OLACAYİQ. . . . YAXSİSİ BUDU OGLANLARDAN TEMSİLCİMİZ OLMASA YAXSİDİ ______________ YADA MUBARİZDİ DEEEEE O DA BİZİMDİ ))))))) YOLA SALARİQ GEDER ))))___________________