Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2008 » Dekabr » 14 » İblisin Allahla söhbeti
İblisin Allahla söhbeti
09:23
Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmrə qarsı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya düçar olmuş, ilahi hüzurdan və Cənnətdən qovulmuşdur. Və bu zaman İblis uca Allahdan özü üçün möhlət verilməsini istəmiş və bu istəyi qəbul edilmişdir. Onun bu istəyini ilahi hikmətinə görə qəbul edən Uca Allah bu zaman onun belə dediyini bizlərə bildirməkdədir : "(İblis) dedi: 'Siz məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sizin düz yolunun üstündə oturan insanlara (Sizə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Siz onların əksəriyyətini şükür edən görməyəcəksiniz!' " (Eraf surəsi, 16-17)

Bax Allahın düşməni, özünə möhlət verildiyini anlayınca, Adəm oğullarına düşmənliyini belə ifadə etmiş, Allahın doğru yoluna oturub bütün gücü ilə insanları bu doğru yoldan azdırmaq üçün çalışacağına, heç bir zaman bu çalışmalarına ara vermədən davam edəcəyinə "and içərək" bildirmişdir. İslam böyüklərinin bildirdikləri kimi, Müsəlmanların Allahın Kitabı, haqq yolu və dini olan İslam ilə əlaqələrini zəiflətmək üçün hiylə və vəsvəsələrinə davam edecəyinə and içmişdir. Gəlin qəlblərimizdə və yollarımızda oturmuş seytanları "azdırmaq" üçün, Allahımızdan kömək diləyək və bu yolda tək bir vəhdət halında birləşək...

Allah hamımızın dualarını qəbul etsin! Amin!

Bəlkə insanın bir böyüklüyü də ondadır ki, o elə belə doğulmadığını, başqalarına, istər doğma olsun, istər yad gərək olduğunu dərk edə bilir.

Bu bəşəri duyğudur. Lakin insan həm də heç kəsə bənzəməyən, özünəbənzər bir varlıqdır, fərddir. Onun öz istəyi, öz düşüncəsi, ürəyi vardır. Biz bu ürəyi yalnız gözəl hisslərlə doldurmağa qadir deyilik. Çünki hər bir insanın 2 şeytanı var və şeytanın nə qədər güclü olduğu hamımıza məlumdur...

Arada şeytanlar ətrafımda dolaşmağa başlayır. Elə bil ki, onlar heç cür mənim bu həyatı qəbul etməyimlə barışmaq istəmirlər. Ancaq nə edirlərsə hələlik mənə bata bilmirlər və inanıram ki, bata da bilməyəcəklər.İnşallah !!!

Hər gün də bu işdə mənə yardımçı olması üçün Allahıma dua edirəm.

Bütün şeytanların məqsədi insanlara bədbəxtlik axtarmaqda kömək etməkdir... Biz bu bədbəxtliklərə düçar olmamaq üçün, yardımçı şeytanlarımızı azdırmalıyıq... Bu yolda isə bizə Allah Təala dan başqa kömək edə biləcək birisi yoxdur!

Yalnış yolda olub, uçuruma doğru gedənləri görürüksə, bir mömin kimi ilk işimiz onu yolundan çəkindirməkdir. Peyğəmbərimizin də dediyi kimi:

Sizdən kim bir pis əməllə(şeylə)qarşılaşsa , gərək onu əli ilə götürsün , əli ilə aradan götürməyi bacarmasa, dili ilə pisləsin , dili ilədə pisləməyi bacarmasa qəlbində onu rədd etsin. İmanın ən zəifi belə olmalıdır.

Məhəmməd peyğəmbər (s.a.s)

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 998 | Elave eden: Admin | Reytinq: 5.0/1 |
Ümumi şerh: 3
14.12.2008
3. Anar (ANAR_PUSU) [Xeber]
.seytanın emellerınden uzaq olmaq lazımdı angry

14.12.2008
2. ElxaN (Elxangill) [Xeber]
.____________ HEQIQETEN MARQLI XEBER IDI. . .. EN AZINNAN TEWEKKURLER KAMAL ____________

14.12.2008
1. Kamal (Admin) [Xeber]
.Nehlet sene kor $eytan! angry

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Dekabr 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024