Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2008 » Dekabr » 13 » Azerbaycan ali mekteblerinin reytinqi
Azerbaycan ali mekteblerinin reytinqi
16:15
 
TELEBE.AZ Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının materialları əsasında Azərbyacan ali məkyəblərinin reytinqini təqdim edir. 

Azərbaycan universitetlərinin reytinqini təqdim edir. Abituriyent ali təhsil alacağı təhsil ocağını seçməzdən əvvəl valideynləri, dostları, tanışları ilə məsləhətləşir, maraq göstərdiyi ixtisasların hansı təhsil müəssisələrində olması, həmin təhsil müəssisələrində təhsilin səviyyəsi, biliyin qiymətləndirilməsi meyarları, ali məktəbi bitirdikdən sonra iş yeri tapmaq imkanları, əldə edəcəyi diplomun ölkə daxilində və xaricdə dəyərləndirilməsi ilə maraqlanır.

Bütün bunları nəzərə alaraq, abituriyent meyil göstərdiyi ixtisasların aid olduğu ali məktəblər arasında seçim aparır və üstünlük verdiyi ali məktəbin (məktəblərin) ixtisaslarını ərizəsində müxtəlif mövqelərdə qeyd edir. Çoxsaylı abituriyentlərin ixtisas seçimi əsasında ali məktəblərin reytinqi formalaşır. Bu, öz əksini ali məktəblərin ixtisas kodlarını abituriyentlərin ərizələrində neçənci yerdə göstərmələrində, qəbul olan abituriyentlərin topladıqları balların miqdarında və ali məktəbə sənəd verən abituriyentlərin ümumi bilik səviyyəsində tapır. Qeyd edilənlər nəzərə alınaraq, qabiliyyət imtahanı tələb etməyən ixtisaslar üzrə hər bir ali məktəbin qəbul kampaniyasındakı reytinqi müəyyənləşdirilib. Bu zaman ali məktəbi xarakterizə etmək üçün aşağıdakı

parametrlərdən (əlamətlərdən) istifadə edilib:

- ali məktəbin ixtisaslarının abituriyent ərizəsində birinci mövqedə göstərilməsi;

- müsabiqədə iştirak edən və ixtisas seçimində öz istəyini həyata keçirmək üçün daha geniş imkanlara malik  olan (şərti olaraq 400 və daha çox bal toplayan) abituriyent seçimi əsasında hesablanan müsabiqə əmsalı;

- ali məktəbə qəbul olan ortastatistik abituriyentin topladığı balın miqdarı.

1.8 saylı cədvəldə ali məktəblərin 2008-ci il üçün hesablanmış reytinqləri və onun əsasında reytinq cədvəlində

tutduqları mövqeləri (cədvəldə mötərizə daxilində yazılmış rəqəmlər) təqdim edilib. Reytinqin hesablanmasında

istifadə edilən parametrlərin qiymətləri əlavədə 4.15 – 4.17 saylı cədvəllərdə təqdim olunub.

1996-cı ildən ali məktəblərin reytinq cədvəlinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası başçılıq edir. Bu təhsil müəssisəsinə yüksək hazırlıqlı gənclərin meyil və marağı olduqca böyükdür.

Bircə faktı qeyd etmək kifayətdir ki, bu təhsil müəssisəsinə qəbul olanların 82.09% faizini 600 və ondan yuxarı bal toplayanlar təşkil edir. Bu həmin ali məktəbdə sağlam təhsil mühitinin olması ilə birbaşa əlaqədardır.

Azərbaycan Tibb Universiteti isə bütün illərdə stabil olaraq 2-ci reytinq göstəricisi ilə çıxış edir. Bu il Prezident

təqaüdünə layiq görülmüş I kurs tələbələrinin 50 faizi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Tibb Universitetində təhsil alır.

Qeyri-dövlət ali məktəbləri arasında ən yüksək reytinq “Qafqaz” Universitetinə məxsusdur. Bu təhsil

müəssisəsinin reytinqi əvvəlki illərdə də qeyri-dövlət ali məktəbləri içərisində ən yüksək olub. Bizdə olan

məlumatlara görə “Qafqaz” Universitetində yüksək nizam-intizam mövcuddur, tələbələr burada qayğı ilə əhatə olunub: yüksək ballı tələbələr təhsil haqqından azad edilir, hətta onlara təqaüd də verilir. Təhsil müəssisəsi öz məzunlarının işlə təmin olunmaları ilə də maraqlanır və onlara bu işdə yardım göstərir. Bu kimi həvəsləndirici tədbirlərin nəticəsidir ki, bu təhsil müəssisəsini daha çox və həm də daha hazırlıqlı abituriyentlər seçir. Deyilənlərin təsdiqinə daha bir arqument kimi bu il “Qafqaz” Universitetinə 120 nəfər 600 və daha yüksək ballı, o cümlədən 9 nəfər prezident təqaüdçüsünün qəbul olması faktını qeyd etmək olar.

Dövlət ali məktəbləri içərisində texniki ali məktəblərin reytinqi nisbətən aşağıdır. Bu il texniki ali məktəblər sırasında ən yüksək reytinqə Azərbaycan Dövlət Neft Akademiyası (reytinqin göstəricisi 2195), ən aşağı reytinqə isə Azərbaycan Texnologiya Universiteti (872) malikdir. Bu ali məktəblər reytinq cədvəlində müvafiq olaraq 8-ci

və 26-cı mövqelərdə yerləşiblər.

 

 

ALİ MƏKTƏBLƏRİN REYTİNQ GÖSTƏRİCİLƏRİ

 

1 Bakı Dövlət Universiteti 2544 (4)

2 Azərbaycan Dövlət Neft Akademiyası 2195 (8)

3 Azərbaycan Texniki Universiteti 1188 (18)

4 Azərbaycan Memarlıq və İnşaat Universiteti 1184 (19)

5 Azərbaycan Tibb Universiteti 4041 (2)

6 Azərbaycan Dövlət Pedaqoji Universiteti 1788 (11)

7 Azərbaycan Dövlət İqtisad Universiteti 2356 (6)

8 Azərbaycan Dillər Universiteti 2832 (3)

9 Naxçıvan Dövlət Universiteti 2039 (9)

10 Bakı Slavyan Universiteti 2455 (5)

11 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası 4773 (1)

12 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 1525 (14)

13 Sumqayıt Dövlət Universiteti 1292 (17)

14 Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (Gəncə ş.) 938 (21)

15 Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.) 872 (26)

16 Gəncə Dövlət Universiteti 1581 (13)

17 Mingəcevir Politexnik İnstitutu 931 (22)

18 Lənkəran Dövlət Universiteti 1329 (16)

19 Milli Aviasiya Akademiyası 1834 (10)

20 Azərbaycan Muəllimlər İnstitutu 1372 (15)

21 Naxçıvan Muəllimlər İnstitutu 1094 (20)

22 Azərbaycan Turizm İnstitutu 2296 (7)

23 Azərbaycan Kooperasiya Universiteti 809 (31)

24 "Azərbaycan" Universiteti 788 (34)

25 Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 754 (37)

26 Bakı "Asiya" Universiteti 805 (32)

27 Qərb Universiteti 887 (25)

28 Xəzər Universiteti 914 (23)

29 "Qafqaz" Universiteti 1729 (12)

30 Elm və təhsil Mərkəzi "Təfəkkür" Universiteti 841 (27)

31 Bakı Avrasiya Universiteti 834 (28)

32 Bakı Qızlar Universiteti 890 (24)

33 "Odlar Yurdu" Universiteti 776 (36)

34 Bakı Biznes Universiteti 783 (35)

35 Azərbaycan İctimai-Siyasi Universiteti 813 (29)

36 Azərbaycan Beynəlxalq Universiteti 810 (30)

37 Naxçıvan Özəl Universiteti (Naxçıvan şəhəri) 794 (33)

 

Kateqoriya: Tehsil | Baxılıb: 6345 | Elave eden: Admin | Reytinq: 4.3/9 |
Ümumi şerh: 191 2 »
06.03.2011
19. cingiz [Xeber]
.indi sumqayit dovlet ilk 5 likde yer alar

30.12.2010
18. Interpreter [Xeber]
.If God Please AZerbaijan University of Languages will be the first.I am proud of being a studen of such a good university!!!!!!!In our university nothing is more important than KNOWLEDGE!!!!!!!!!!Especially TRANSLATION FACULTY!!!!

29.08.2010
17. Nurlan [Xeber]
.turizme ewq olsun!

15.06.2010
16. rufet [Xeber]
.mence bizim universitet 1 inci olmaliydi

02.03.2010
15. davud [Xeber]
.neft akademiyasinin butun telebelerine esq olsun birinci olmasaqda 2-ci de pis deyil.

14.12.2008
14. Kamal (Admin) [Xeber]
.Elxan karikaturada 1-ci Kitabxana 2 ci Falci yazilmisdi ))))))))) men deyisib BUFET yazdim :))))))))))))))) biggrin biggrin biggrin biggrin

14.12.2008
13. ElxaN (Elxangill) [Xeber]
._________ AMA OZ ARAMIZDI KARIKATURANIN YERI VAR HAAAA :)__________ biggrin KARIKATURADA HEYATDA OLANLAR DERC EDILIB MENCE . . . QARNIMIZ HEMISE IRELIDEDI smile

14.12.2008
12. Anar (ANAR_PUSU) [Xeber]
.hec deme gece -gunduz bunu fıkırlesırem Kamal goresen nece olajaq ?????????? smile smile smile

14.12.2008
11. Kamal (Admin) [Xeber]
.duzeler anar fikir eleme) cool

14.12.2008
10. Anar (ANAR_PUSU) [Xeber]
.goresen adpu-nun reytıngı nıye asagıdı??? sad

1-10 11-19
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Dekabr 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024