The Daily Mail qəzetinin verdiyi məlumata görə, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Jan-Mari Qustav Leklezionun fikrincə, İnternet Hitleri dayandıra və İkinci Dünya müharibəsinin qarşısını ala bilərdi.
Tarixçilərin dediyinə görə, Hitler intellekt və fiziki natamamlıqdan kompleks hiss edirmiş. Gəncliyində o, rəssam olmaq istəmiş və onu yeganə maraqlandıran sahə arxitektura olub.
68 yaşlı fransız yazıçı Nobel mükafatı alarkən söylədiyi nitqdə belə deyib: “Nə bilmək olar, əgər o zamanlar İnternet mövcud olsaydı, Hitlerin cinayət əməlləri gülüş obyektinə çevrilər və elə bətndəcə boğulardı”.
Nasir qeyd edib ki, inkişaf etmiş ölkələrdə kompüter dəbdədi. Onun sözlərinə görə, hazırda bəşəriyyətin əsas vəzifəsi aclığın kökünü kəsmək və savadsızlığın qarşısını almaqdır. O, nəşriyyatları daha geniş oxucu əhatəsi üçün, az yayılmış dillərdə də kitablar çap etdirməyə çağırıb
|