ABŞ-ın yeni prezidenti Barak Obama Ağ Evdə siqaret çəkməməklə bağlı qadağaya əməl edəcək.
Lent. az-ın xəbərinə görə, NBC telekanalında qonaq olan Obama deyib ki, o, Ağ Evə köçəndən sonra oradakı bütün qaydalara riayət edəcək.
Qeyd edək ki, Ağ Evdə siqaret çəkmək qadağandır. ABŞ-ın yeni prezidentinin isə siqaret çəkmək vərdişi var. Amma o deyib ki, özünü artıq Ağ Evə hazırladığı üçün siqareti tərgidib. Obama ABŞ ictimaiyyətini “Ağ Evdə qaydalara əməl olunmadığını görməyəcəksiniz” deyə, əmin edib.
Artıq 20 ilə yaxındır ki, siqaret çəkən 47 yaşlı Obama prezidentlik kampaniyası zamanı da dəfələrlə "nikotin saqqızı" çeynədiyi zaman kameraların hədəfinə tuş olmuşdu.
Qeyd edək ki, Ağ Evdə siqaret çəkmək qadağasını keçmiş “"first lady", indi isə Obama kabinetinin dövlət katibi olan Hillari Klinton tətbiq edib.
ABŞ-ın davamlı olaraq siqaret çəkən son prezidenti 1974-77 illərdə bu ölkəni idarə edən Herald Ford olub.