Başlıq » 2008»Dekabr»3 » Azerbaycanlı müellimler Tebrizdeki universitetden xaric olunurlar
Azerbaycanlı müellimler Tebrizdeki universitetden xaric olunurlar
16:45
Təbriz Azad Universitetində çalışan və Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan müəllimlər ali təhsil müəssisəsindən xaric olunurlar.
Lent.az-ın Güney Azərbaycan Tələbə Hərəkatına bağlı oyrenci.com saytına istinadən verdiyi xəbərə görə, “İran” xəbər agentliyi belə bir məlumat yayıb. Belə ki, universitet rəhbərliyi həmin müəllimlərin müqavilə müddətini uzatmır. Bu da onların avtomatik olaraq ali təhsil müəssisəsindən kənarlaşdırılmasına gətirib çıxarır.
Xatırladaq ki, bu günlərdə Təbriz Azad Universitetində maraqlı qərar qəbul olunmuşdu. Ali təhsil müəssisəsinin Memarlıq və inşaat fakültəsinin rəhbərliyi soydaşlarımızın Azərbaycan türkcəsində işlətdikləri hər bir kəlmə üçün 250, hər bir cümlə üçün isə 1000 tümən (1 ABŞ dolları) məbləğində cərimə ödəməyə məcbur etmişdi