Başlıq » 2008»Dekabr»2 » Qız Qalası ve Qobustan qayalıqları UNESCO-nun medeni deyerler siyahısında önemli yeri tutur
Qız Qalası ve Qobustan qayalıqları UNESCO-nun medeni deyerler siyahısında önemli yeri tutur
15:53
“UNESCO-nun əsas missiyası mədəniyyətlər arası dialoqu təşkil etmək, mədəni dəyərlərin bir-birinə ötürülməsinə şərait yaratmaqdır”.
Lent.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropa Şurasının “Mədəniyyətlərarası dialoq - Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır” mövzusunda konfransında iştirak edən UNESCO-nun mədəni sərvətlər və beynəlxalq dialoq bölməsinin direktoru xanım Katerina Stenol deyib.
Katerina Stenol bildirib ki, tədbirinin keçirilməsi üçün Bakının seçilməsi simvolik xarakter daşıyır və bu seçim, düzgündür: “Qədim Qız Qalası və ondan bir az kənarda olan Qobustan qayalıqları UNESCO-nun mədəni dəyərlər siyahısında önəmli yeri tutan abidələrdəndir. Bakının belə tədbirə ev sahibliyi etməsi UNESCO-nun yüksək mədəni dəyərlər səviyyəsində yer tutan muğamla da bağlıdır. Azərbaycan muğamı türk, fars və regionda yaşayan bir çox xalqın musiqisinin sintezidir. UNESCO-ya daxil olan “4 fəsil” adlı Təbriz xalçası üzərində də bu ərazinin həm tarixi, həm mədəniyyəti əks olunur”.
.He lap yaxsi :)) nece deyerler Her sey bizim xeyrimize ne qeder olsa ele yaxsidi )) tarixi abidler bunu gosterirki azerbaycan esirler boyu olub ve olacaqda!!!!!!
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler [ Qeydiyyat | Sayta Giriş ]