İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya milli komandasının yarımmüdafiəçisi Kriştianu Ronaldu dekabrın 2-də Avropanın ən yaxşı futbolçusu elan olunacaq. Lent.az-ın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə, artıq K.Ronaldu “France Football” tərəfindən hər il qitənin ən yaxşısı üçün təsis olunan “Qızıl top”la fotosessiya keçirib.
Fransız jurnalı gələn həftə keçiriləcək mükafatlandırma mərasimindən materiallar hazırlamaq üçün fotoqraflarını İngiltərənin Mançester şəhərinə göndərib. 23 yaşlı K.Ronaldu son 40 ildə “Mançester Yunayted”in “Qızıl top”u qazanan ilk oyunçusu olacaq. Sonuncu dəfə “qırmızı şeytanlar”dan bu mükafata Corc Best sahib çıxıb.