Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 13 il keçir. 1995-ci ilin bu günü qəbul edilmiş Konstitusiya Azərbaycanı demokratik prezident respublikası elan etdi. Dünyadakı qlobal kataklizmlərin məntiqi sonu olaraq SSRİ dağıldı, müttəfiq respublikalar kimi Azərbaycanda da 1991-ci ildə konstitusiya aktı qəbul etdi. Bu sənəd 4 il azərbaycanın əsas qanunu oldu. Müstəqilliyin ilk illərində qiyam və çevriliş cəhdləri ilə üz-üzə qalan azərbaycan üçün yeni Konstitusiyanın qəbulu çoxdan gözlənilən sabitliyin bərqərar olması idi.