Noyabrın 10-dan 17-dək Bakıda “Tələbə həftəsi” keçiriləcək. Bu barədə APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. İ. Babayevin sözlərinə görə, 17 noyabr Beynəlxalq Tələbə Günü ilə əlaqədar keçirilən “Tələbə həftəsi”ni nazirlik silsilə tədbirlərlə qeyd edəcək. Noyabrın 8-də Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında siyasi biliklər üzrə olimpiada, noyabrın 11-də tələbələr arasında “Sağlam həyat tərzi bizim amalımızdır” devizi altında kütləvi mədəni idman tədbiri və Azərbaycan Boulinq İdman Federasiyası ilə birgə boulinq üzrə ali və orta ixtisas təhsili müəssislərinin tələbələrinin yarışı keçiriləcək.
İ. Babayev bildirib ki, “Tələbə həftəsi” çərçivəsində tələbə gənclər təşkilatları arasında “Ən yaxşı layihə” müsabiqəsi də keçiriləcək. Müsabiqədə seçilmiş 10 ən yaxşı layihə nazirlik tərəfindən maliyyələşdiriləcək