İNGİLTƏRƏ MƏKTƏBLƏRİNDƏ DİNİ TəHSİL Çox zəngin sivilizasiyalı, demokratik və inkişaf etmiş Qərb ölkələrindən sayılan İngiltərədə 1988-ci ildə qəbul edilmiş Təhsil İslahatı Qanunu rəhbər tutularaq, dövlət təhsil ocaqlarının dini təhsil sektorunda xristianlıqda yanaşı, ölkə daxilində müəyyən sayda ardıcılları olan başqa dinlər də rəsmən öyrədilir. Xristianlıqla yanaşı yəhudilik, İslam və buddizm öyrədilərkən fenomonoloji metoddan istifadə edilir. Bu metodda dinlər tədris olunarkən onların doğru və ya yanlış olduğu araşdırılmır. Qarışıq dini tərkibə malik olan cəmiyyətin ehtiyaclarını ödəməyə yönəlmiş bu növ təhsil metodunu başa dişmək üçün İngiltərədə dini təhsilin tarixi haqqında bə’zi biliklərə sahib olmamız lazımdır. Aşağıda 1944-cü il Təhsil Qanununun uyğun maddələri üzərində dəyişiklik aparıldıqdan sonra, xristiyanlığın konfessional metodla öyrədildiyi dini təhsil anlayışından çox inanclı dini təhsil anlayışına keçilməsinə şərait yaradan amillər araşdırılacaqdır.
1944-CÜ İLDƏN ƏVVƏL MƏKTƏBLƏRDƏN DİNİ TƏHSİL 1870-cü ilə kimi İngiltərə məktəblərinin böyük əksəriyyəti kilsəyə bağlı idi. Bu üzdən ingilis məktəblərində dini təhsil, maarifin bir hissəsi kimi əbul edilmişdi.Kilsə məktəblərində dii təhsil yalnız bir məzhəbin inancları əsasında qurulmuşdu. Bu məktəblərdə istifadə edilən dini təhsil vəsaiti də xristian dininə aid ensiklopedik bilikləri əhatə edirdi. Dövlət məktəblərində isə məzhəbçi din təhsili (denominaltional dini təhsil) qəti qadağan edilmişdi və dini təhsilin verilib-verilməməsi məktəbin öz ixtiyarına buraxılmışdı. Əgər məktəbin rəhbərliyi dini təhsilin keçilməsinə qədər versəydi, 1870-ci il qanundakı e’tiqad azadlığı haqqında ‘‘ Coper Temple’’ maddəsinə riayət etməliydi. Bu maddədə deyilirdi ki, dövlət məktəblərinin heç birində din dərsləri miəyyən bir məzhəbin görüşlərini əsas tutmamalıdır. Başqa bir baddədə ailələrin öz uşaqlarını dini təhsildən azad etmək ixtiyarı nəzərdə tutulmuşdu. Beləliklə, 1870-ci il Təhsil Qanunu kilsə ilə dövlət arasında uzlaşmanı ön plana çakirdi.
1944-CÜ İL TƏHSİL QANUNU VƏ DİNİ TƏHSİL İkinci Dünya müharibəsindən sonra bir çox Qərb maarifçisi təhsilin dini tə’sirdən tam qurtularaq sekülar (dünyəvi) xüsusiyyət qazanmasını vurğuladı. Lakin İngiltərə rəsmi dairələri bu nəzəriyyəni bəyənməyərək təhsil sistemində sekülar təhsil üçün yer ayırmadılar. Bunun əksinə olaraq, təhsili xristian dəyərləri ilə əlaqələndirdilər. Bu gün də İngitərədə dövlət tərəfindən qurulmuş kilsə mövcuddur. Bu kilsənin başçısı olan kraliçə simvolik mə’nada da olsa, siyasi cəhətdən ölkənin birinci dərəcəli siması məqamındadır. İngiltərədə iki cür kilsə məktəbi var. 1. Dövlət yaradımı alan kilsə məktəbi (Voluntary-aided schools) belə məktələrdə təhsilin üçdə iki hissə kilsə, üçdə bir hissəsi isə dövlət tərəfindən aparılır. Belə məktəblərin maliyyə xərcləri kilsə və dövlət tərəfindən şərikli oalraq ödənilir. Dini təhsil və ümumi ibadətin müəyyən bir məzhəb əsasında qurulmasına icazə verilir. 2. Dövlət nəzarəti altında olan kilsə məktəbləi (Voluntary-controlled schools) belə məktəblərdə təhsilin üçdə bir hissəsi kilsə, üçdə iki hissəsi isə dövlət tərəfindən aparılır. Təhsil xərclərinin hamısı dövlət tərəfindən ödənilir, ümumi ibadətlərdə bir məzhəbin vurğulanmasına icazə verilirsə də, dini təhsildə pegional təhsil xüsusiyyətlərini daşıyan ‘‘Dini Təhsil Proqramı’’na əməl edilməsi vacib sayılır. 1994-cü il Təhsil Qanununda kilsə ilə dövlət arasında dini təhsil ilə bağlı yaranmış qarşılaşma, uzlaşma və razılıqla nəticələndi. Kilsə dövlətin təhsilinə və kilsə məktəblərinə müdaxiləsini qəbul etdi. Bunun əvəzində dövlət, ona tabə olan məktəblərdə dini təhsili məcburiləşdirdi. 1944-cü il Təhsil Qanunun 25-cü maddəsi dini təhsilin məqsədini belə açıqlayır. ‘‘Bütün dövlət və kilsə məktəblərində təhsil hər gin ümumi ibadətlə başlayacaqdır. Həmçinin, bütün dövlət və külsə məktəblərində oxuyanalra dini təhsil veriləcəkdir’’ (Dent.1968,20).
1988-Cİ İL DİNİ İSLAHAT QANUNU VƏ DİNİ TƏHSİL 1988-ci il Dini İslahat Qanunu mahüyyətcə 1944-cü il Təhsil Qanunun davamı olub, bu tarixdən sonra təhsil sahəsində baş vermiş mibahisələrin qanuni şəklə uyğunlaşdırılması məqsədini daşıyırdı. Bu Təhsil Qanununda məktəb proqramları üç qrupa ayrıldı: 1. Əsil mövzular (riyaziyyat, ingilis dili və s.): 2. Əsas mövzular (tarix,çoğrafüya, texnologiya, musiqi, incəsənət, bədən tərbiyəsi vəs.). 3. Fundamental mövzular (qanun bu qrupa yalnız dini təhsili daxil etmişdir). Təhsil Nazirliyi dini istisna olmaqla, bütün qalan dərslərin möhtəviyyatını, proqram ə məqsədlərini, imtahan formalarını müəyyən etmək hüququna malikdir. Xüsusi və əsasmövzular arasında xatırlanmasa da, dini dərslər leqal olaraq digər dərslərlə eyni statusa malikdir (Cox 1989,23:Hull1989,5). Bu vəziyyət DES-ün (Elm və Təhsil Bölümü) 3/89 saylı fərmanında belə acıqlanmısdır: ‘‘Özünəməxsus mövqeyünə görə dini təhsil milli maarif proqramına aid olmamaqla yanaşı, məktəblərdə keçilən fundamental dərslərdən bürüdür. Dini təhsilin proqramları, məqsədləri və imtahan formaları dövlət tərəfindən miəyyən edilməsə də, bu təhsil növü digər dərslərlə eyni statusa malikdir’’. 1988-ci il Təhsil İslahatçı Qanunlarına görə, İslam dini də İngiltərənin ibtidai və orta səviyyəli məktəblərində tədris edilməlidir. İslam dini ilk dəfə 1975-ci ildə Birminhəm meriyası tərəfindən tədris edilməyə başlamış və həmin vaxtdan e’tibarən milli maarif proqramının bir hissəsi olaraq rəsmiyyət qaznmışdır. Mə’lum olduğu kimi, dini təhsil qeyri-konfessional olmalı, dinlərin və məzhəblərin hansı birinin doğru, hansının yanlış olduğunu araşdırmamalı, dini təhsil proqramı və dərs kitabları mixtəlif dinlərə mənsub olan insanlarda öz dininə qarşı inamsızlıq yaratmamalıdır. Bu baxımdan İngiltərədə İslam dinin təhsili sahəsində bə’zi problemlər də mövcuddur. 1996-cı ilin əvvəllərində əest Yorkshire-in müsəlmanlar daha çox yaşayan Batley məntəqəsindəki məktəblərdə oxuyan 1500 nəfər müsəlman şagirdin ailəsi onların dini dərslərə getməsini qadağan etmişdi. Həmin bölgənin müsəlman ictimasının bir nümayəndəsinin dediyinə görə, şagirdlərin dini dərslərə getməməsinin əsas səbəbi bunlardan ibarət olunmuşdur: məktəblərdə xristiyanlığın tədrisinə həddən artıq çox yer verilməsi, müsəlman olmayan müəllimlər tərəfindən İslam dinin yanlış öyrədilməsi, dini qarşıdurma mövzusunda söhbətlərin ortaya atılması və nəticədə şagirdlərin zehnində İslam dininə qarşı qeyri-düzgün münasibətin formalaşdırılması (The Muslum News, 26 Yanuary 1996: The İndependent, 25 Yanuary 1996).