Dünya yaradılandan bə’ri forması dəyişsə də, mə’nəvi dəyərlərin insanların bugünkü həyatlarına müdaxilə edə bilməsi məsələsi ardıcıl olaraq müzakirə obyekti olmuşdur. Son yüzillikdə dünyanın siyasi xəritəsində dünyəi dövlətlərin meydana çıxması ilə əlaqədar olaraq dünyəvü dövlətə dinin tə’siri və belə dövlətlərdə dinitəhsil sisteminin tətbiqinin mümkünlüyü barədə yeni müzakirə mövzuları yaranmışdır.əsas müzakirə edilən məsələlər ondan ibarətdir ki, məktəblərdə yeniyetmə və gənclərə dinitəhsil verilə bilər, yoxsa yox, və əgər təhsil verilərsə, bu, dünyəvi dövlət quruluşu ilə uyğundurmu? Bu müzakirələr ötən yüzillikdə-liberalizmin hakim olduğu dövdə Qərb ölkələrində az qala günün aktual məsələsinə çevrilmişdi. XX əsrdə iki dünya müharibəsi təcrübəsi keçmiş ölkələr artıq bu problemin öhdəsindən nisbətən uğrurla gəlməyə çalışırlar. Bu sahədə əsas qanun islahatları1910-1930 və 1962-ci illərdə Amerikada, 1968-ci ildə Belçikada, 1949-cu ildə Almaniyada, 1924, 1933 və 1949-1982-ci illrdə Türkiyədə həyata keçirilmişdir. Bu gün Şərq demokratçılarının örnək kimi qəbul etdiyi Avropa demokratik dövlətlərində dini təhsilin vəziyyətinə nəzər salsaq, bu demokratik sistemlerin dini təhsilə münasibətini öyrənmiş olarıq. P.S:Xəbər haqqənda ətraflı bir sonra ki,mövzularda qeyd edəcəyəm..