Amerika psixoloqları həyəcan təbili çalırlar: «ABŞ uşaqları tam orta təhsil almağa can atmırlar». Assoşeyted Press agentliyinin verdiyi məlumata görə, aparılmış araşdırma nəticələri onu göstərir ki, müasir uşaqlar valideynlərinin dövründə olduğunun əksinə, nadir hallarda orta təhsili tam olaraq başa vururlar.
Bir çox ştat rəhbərləri öz sakinlərinə orta təhsili məcburi olaraq bitirmək tapşırığı qoyub. Buna baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır. Mənbələrə görə, hər 4 uşaqdan 3-ü təhsilini başa vurur. ABŞ hazırda dünyada ən inkişaf etmiş sənaye ölkəsidir. Lakin indiki uşaqlar bu ölkəni inkişaf etdirməkdə əmək payı olan valideynlərindən fərqli olaraq, attestat almağa önəm vermirlər.
«Təhsilə etibar» adlı bu araşdırmanın müəllifi Anna Xabaşın sözlərinə görə, «Digər ölkələrin inkişafımıza görə bizə həsəd apardığı bir dönəmdə ABŞ dövləti yerində addımlayır. Bu da bizim rəqabət qabiliyyətimizə faciəvi təsirini göstərəcək.Bir çox ştat rəhbərlikləri məktəblərə hər il müəyyən sayda məzun buraxmağı öhdəlik qoyub. Cənubi Karolina ştatında məktəblilərin yalnız 72%-i məktəbi axıra qədər oxuyur. Biz bunun 100% olmasına nail olmalıyıq. Bunun üçün isə çox işlər görməliyik»