Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2008 » Oktyabr » 6 » En qeribe ve en gülmeli kitab adları
En qeribe ve en gülmeli kitab adları
17:21
72 səhifəli “Yunan kənd poçtalyonu və onların borc bağlama nömrələri” kitabçası son 30 ilin ən məzəli kitab adı seçilmişdir. Britaniyanın kitab satışı ilə məşğul olan “Bookseller” jurnalının internet saytı “Ən qəribə və ən gülməli kitab adları” müsabiqənin nəticələrini açıqlayıb. 

Xatırladaq ki, bu müsabiqə 1978-ci ildə Almaniyanın Frankfurt şəhərində keçirilən “darıxmayla mübarizə” cəhdi ilə başlamış və həmin dövrdən sonra hər il keçirilərək böyük marağa səbəb olmuşdur.

 

30 il əvvəl kitab satışı məsələləri ilə məşğul olan Britaniya jurnalı Bukseller peşəkar-əməkdaşlar arasında sorğu aparmışdır. Iştirakçılar son dövrlər qarşılarına çıxan ən maraqlı və qəribə kitab adlarını deməli idilər.

 

Bu fikir ingilis dilli ölkələrdə bəyənilmiş və müsabiqə şəklində davam etdirilmişdir. Qaliblərə Diagram mükafatı təqdim olunur. Kitabın adı təmiz şəkildə olmalıdır. Bu isə o deməkdir ki, kitabın üz qabığında şəkil olmamalıdır.

 

Ilk mükafatı “Çılpaq siçanlar üzrə İkinci Beynəlxalq Konfransın materialları” kitabı almışdır. Keçən il isə “ən qəribə ad”lı kitab “Əgər siz əlaqələrinizə son qoymaq istəyirsinizsə, işə ayaqlarınızdan başlamalısınız” olmuşdu. Digər namizədlər aşağıdakılar olublar:

 

“Atı bombadan necə qorumalı”

“Betonun tarixindən məşhur məqamlar”

“Əhali və digər problemlər”

“İri gəmilərdən necə qorunmalı”

“Versal: İsveçdən nəzərlər”

 

Yubiley müsabiqənin başlanğıcına qədər “Çılpaq siçanlar üzrə İkinci Beynəlxalq Konfransın materialları” kitabı favorit sayılırdı. Həmçinin, “Əlaqələrinizdə aydınlıq istəyirsinizsə, ayaqlarınızdan başlayın” adlı inşa, 2006-cı ildə Diagram mükafatı almış “Öldüklərini hiss etməyən insanlar: onlar başqalarının bilmədikləri bir boşluğa bağlanırlar. Bununla nə etməli?” və keçən ilin qalibi “Şimali Amerikanın sahibsiz mağaza arabaları: tarla təyinedicisi” də qalib gəlməyə namizəd göstərilirdi.

 

Nəticədə 1996-cı ildə qalib olmuş 72 səhifəli yunan poçt markalarını toplamağı və onların oxunmasını təbliğ edən “Yunan kənd poçtalyonu və onların borc bağlama nömrələri” kitabçası qalib gəldi.

 

Təşkilatçılardan biri, Bukseller jurnalının redaktoru Filip Stoun qeyd etmişdir ki, kitabın müəllifi Derek Uilyamla hələ ki danışa və qalib olduğunu ona bildirə bilməyib. Stounun sözlərinə görə, mükafat pullu olmasa da, bu ad kitab satışına təsir edir və yüksək qiymətləndirilir. Builki qalib kitabın satışı da 10 dəfə artmışdır.

Kateqoriya: Tehsil | Baxılıb: 3609 | Elave eden: Admin | Reytinq: 5.0/1 |
Ümumi şerh: 1
06.10.2008
1. Kamal (Admin) [Xeber]
.camaatin ishi gucu gurtarib e:)))))))))

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2008  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024