Başlıq » 2008»Oktyabr»6 » Universitetler telebe qebulundan ne qeder qazanır?
Universitetler telebe qebulundan ne qeder qazanır?
16:55
İlk üç yeri İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Dillər Universiteti tutur Başlıqdakı bu sual yəqin hamımız üçün maraqlıdır. Apardığımız hər bir araşdırmadan sonra maraqlı məsələlər, çoxlarının gözləmədiyi rəqəmlər ortaya çıxır. Sən demə, Azərbaycan vətəndaşları övladlarının ödənişli əsaslarla dövlət ali məktəktəblərinə qəbul olunması üçün rəsmi olaraq universitetlərə ildə 89 milyon 56 min 90 manat ödəyirlər.
Ən çox qazanan üçlük
Dövlət universitetlərinə tələbə qəbulundan ən çox qazanan 27 ali məktəb arasında ilk üçlüyü Azərbaycan Dövlət İqtisad Universiteti (1 533 600 manat), Bakı Dövlət Universiteti (1 041 750 manat) və Azərbaycan Dillər Universiteti (910 500 manat) tutur. Həm də nəzərə alaq ki, son 5 ildə ali məktəblərin ödənişli ixtisaslarına təhsilhaqqı azaldılmayıb. Tələbə qəbulu planı da dəyişilməz qalır və rəsmi hesabatlara görə, dövlət universitetlərinə qəbul planı 100 faiz dolur. Bu isə o deməkdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti I-IV kurslar üzrə il ərzində ödənişli təhsildən 6 134 400 manat, Bakı Dövlət Universiteti 4 166 000, Azərbaycan Dillər Universiteti isə 3 642 000 manat qazanır.
Ödənişli təhsil ödənişsizi üstələyir
Maraqlı məqamlardan biri isə dövlət ali məktəblərinə tələbə qəbulu üçün ayrılmış plan yerlərində ödənişli təhsilə ayrılan yerlərin üstünlük təşkil etməsidir. Bu sırada yalnız 5 ali məktəbdə (Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Musiqi Akademiyası) əksinədir. Cəmi 2 dövlət ali məktəbində (Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası) ödənişli və ödənişsiz yerlərin sayı bərabərdir.