Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2008 » Sentyabr » 21 » Referat nece Hazırlanılır.?
Referat nece Hazırlanılır.?
10:45
Dərslər başladı. Tələbələrdən kimi sadəcə “yol ölçəcək”, kimi isə həqiqətən aldığı təhsilin “haqqını verəcək”. Indi onları kurs işləri, referatların yazılması gözləyir. Bir işin strukturunu biləndə isə o işi görmək də asan olur.
Referatlar necə yazılmalıdır. Böyük Sovet ensiklopediyadınsa referat belə izah olunur: “Referat kitabın və ya elmi işin məzmunun yazılı formada şərhi olmaqla yanaşı, özündə müvafiq mənbələrin xülasəsini birləşdirir”. Referat hansısa məsələni daha dərindən araşdırmağa imkan verir. Çətin ki, hansısa tələbə ömründə bir dəfə də olsun referat yazmasın.
Çəkinmək lazım deyil. Referatın yazılmasında bir neçə mərhələ var. Bu mərhələlərə əsasən, siz mükəmməl iş ortaya çıxara və onu “əla” müdafiə edə bilərsiniz.
Beləliklə, ilk mərhələ - mövzu seçimidir. Bəzi müəllimlər tələbələrə referat mövzularının siyahısını təqdim edir. Sizə yalnız bir kəliməsi tanış olan referat mövzusunu seçməyin və bu işdə bəxtə inanmayın. Yaxşı olar ki, yazacağınız mövzu barədə cüzi də olsa təsərrünüz olsun. Ən başlıcası isə odur ki, mövzu sizin üçün maraqlı olmalıdır. Yadda saxlayın ki, referat diplom işi və ya dissertasiya deyil, onun yazılması elə də çox vaxt aparmayacaq və mövzu barədə ədəbiyyat tapmaqda çətinlik çəkməyəcəksiniz. Müəlliminizdən ədəbiyyat siyahısını da almağı unutmayın. Bu sizə çox kömək olacaq.

Artıq mövzu seçmisiniz. Referatın strukturunu müəyyənləşdirmək vaxtı gəlib çatdı. İkinci mərhələ - planın hazırlanmasıdır. Adətən referatlar 20-30 səhifədən az olmamalıdır. Ona görə də, dəqiqləşdirməlisiniz ki, sizin referatınız hansı şöbələrdən ibarət olacaq və hər bir şöbədə nədən yazacaqsınız. Istənilən referatda Giriş və Nəticə olmalıdır.

Plan artıq qurulub. Indi isə mənbələri müəyyənləşdirməliyik. Bu, üçüncü mərhələdir. Burada müəllimin verdiyi ədəbiyyat siyahısı işimizə yarayacaq. Referat yazarkən daha yaxşı olar ki, kitablardan və məqalələrdən istifadə edəsiniz. İnternetdə hazır olan referatlardan istifadə etməyin. Çünki həmin referat müəllimənizə yəqin ki, bir neçə dəfə təqdim olunmuşdur. əgər hər hansı kitabdan müəyyən bir fikir sizin daha çox xoşunuza gəlibsə, ondan müəllifin adı, familiyası, kitabın adı, nəşr ili və səhifənin nömrəsi göstərilməklə sitat gətirə bilərsiniz.
Artıq hazırladığınız referata Nəticə vermək tamamilə özünüzdən asılıdır. Diqqətli olun. Çalışın, özünüzün də çətin başa düşəcəyiniz mürəkkəb, anlaşılmaz cümlələr yazmayın. Nəticədə siz bütün yazdıqlarınızdan hansı nəticəyə gəldiyinizi aydın şəkildə yazmalısınız.
Sonda referata yenə göz gəzdirin. Ola bilsin, hər hansı səhvinizi tapdınız. Belə etsəniz, müdafiə zamanı müəllimin qarşısında daha az çətinlik çəkərsiniz.
Kateqoriya: Tehsil | Baxılıb: 21875 | Elave eden: Admin | Reytinq: 4.5/11 |
Ümumi şerh: 5
05.12.2019
5. Guli Nerimanli (aylineliyeva2003) [Xeber]
.cox saqolun

14.03.2010
4. Emin [Xeber]
.Salamlar seni yaratdigin bu maraqli sayta gore tebrik edirem. Artiq mene komek etdi qardashim... Minnetdaram

14.11.2008
3. Kamal (Admin) [Xeber]
.konul_89 he )) axirki =)) welcome-)) biggrin

13.11.2008
2. konul_89 [Xeber]
.kamal salam nehayet saytimizla tanis ola bildim bir sozle super!!!

21.09.2008
1. Kamal (Admin) [Xeber]
.Eminemki, her birinize komek olacaq bu xeberler. cool

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Sentyabr 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024