İngiltərənin Kembric şəhərində maraqlı hadisə baş verib.
Səmada tərs göy qurşağı əmələ gəlib. Göy qurşağının bu şəklini çəkən ingiltərəli astronom Cacqueline Mitton ilk dəfə belə bir hadisənin şahidi olduğunu söyləyib: “Bu anı lentə köçürə bildiyim üçün çox şanslıyam. Bu, böyük bir təbiət hadisəsidir”. Hazırda mütəxəssislər bu hadisənin səbəblərini araşdırırlar. Onların fikrincə, atmosferdə bəzi dəyişikliklər baş verib və nəticədə bu mənzərə ortaya çıxıb.