Lord Halifaks, “Təhsil, bizə öyrədilənlərin hamısını unutduqdan sonra yadda qalan şeydir” deyir. Bu sözü ilə təhsilin tədrisdən daha fərqli bir məfhum olduğuna diqqətimizi cəlb edir.
Bəli, bu iki məfhum bir-biri ilə əlaqəlidir, ancaq bir-birindən fərqlidir. Təhsil tədrisdən öncə gəlir və tədrisə görə daha çox daimidir. Tədrisin meyvəsini əldə edə bilmək üçün təhsili möhkəm və ciddi etməklə mümkün ola bilər. Cəmiyyətdə nizam və ədalətin daimiliyi bununla birbaşa əlaqəlidir. “Təhsil almış xalqı bir tərəfə istiqamətləndirmək asan, sürükləmək çətindir; idarə etmək asan, kölələşdirmək qeyri-mümkündür” deyir Lord Brougam. Xüsusilə demokratik sistemlərdə insanın təhsili və ya təhsil almış insan modelinin ayrı bir yeri var. Çünki demokratiya, mədəni insanların yaşama formasıdır. Məsuliyyət duyğusu isə demokratiyanın birinci şərtidir. Müstəqillik daxil olmaqla digər bütün şərtlər bundan sonra gəlir. Məsuliyyət duyğusu olmayan şəxslər, demokratiyanın dəyərini və önəmini başa düşməz. Bu isə ancaq təhsillə mümkündür. Məsuliyyət duyğusunu həqiqi mənada yaşayıb qavraya bilmək üçün tədris kifayət deyil. Bunun üçün mütləq tədris vacibdir. Təhsil almamış insan, nəzarətdə saxlanılmayan atəş kimidir. Verəcəyi zərəri ölçmək çətindir. Necə ki, alova nəzarət etmək vacibdirsə, elə də insana təhsil vermək şərtdir. Təhsil almayan insan dövlət və cəmiyyət üçün təhlükədir.