Həyat maraqlıdır çoxdur əzabı Elə bundan yazır ömür kitabı Açdım bir səhifə oxuyum bilim Mövzu belə idi xoşbəxt ol sevgilim! 3 aydır vətənə xidmət edirdim Yarımla yazılı söhbət edirdim Sevgilimdən məktub var idi yenə Bu acı sözləri yazmışdı mənə -Sevgilim, mən daha dözə bilmirəm Tək tənha dünyada gəzə bilmirəm Atam da, anam da evlən deyirlər Qapımıza çoxları gəlib-gedirlər. Mən də fikirləşib susdum bir qədər Qələmi götürüb yazdım birtəhər -Mənəmsə günahkar bağışla məni Görürəm intizar üzübdür səni Bilməzdim nə vaxtsa eşqdən doyarsan Övladına mənim adımı qoyarsan Toyunu ad günüm olanda elə Sevgimizin gülü solanda elə Yazdım bu naməni göz yaşlarımla Bölmədim dərdimi yoldaşlarımla. Günlərim beləcə keçdi ötüşdü Axır ki ad günüm gəldi yetişdi. Toyda qarışmışdı bu tost o tosta Mənsə həmən günü çıxmışdım posta. Günlərim kədərli, qəmli sevincsiz Ürəyim vururdu səssiz-səmirsiz. Xidməti bitirib evimə gəldim Həyatda dəyişən çox şeyi gördüm Bunlar mənə qüssə kədər verdilər Yarımı soruşdum xəbər verdilər Harada yaşadığını biləndən sonra Bir baş dayanmadan üz tutdum ora Hər zaman sevdiyim yarımı gördüm Tanımamaqçın məni geriyə döndüm Gördüm Nazim deyib səsləyir məni Düşündüm ki yenə istəyir məni Cəsarət eyləyib geriyə döndüm Belə bir kədərli mənzərə gördüm. Bütün yaşananlar yaşanmış keçmiş Çağırdığı Nazim övladı imiş. Bir daha dünyada gördüm əzabı Ah çəkib bağladım həmən kitabı!