Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2008 » Avqust » 16 » Tehsil Naziri M.Merdanov Shuvelan qesebesindeki 16 nomreli internat mektebinde olub.
Tehsil Naziri M.Merdanov Shuvelan qesebesindeki 16 nomreli internat mektebinde olub.
09:25
Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb. Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd məktəbləri üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya üzrə münsiflər heyətinin sədrləri, tanınmış alimlər Vaqif Abbasov, Ədalət Fərəcov və KİV nümayəndələri iştirak ediblər.
Uşaqları səmimi salamlayan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin sərvəti olan istedadlı uşaqların aşkara çıxarılması və inkişafına böyük diqqət yetirir. Bu məqsədlə ölkə başçısının xüsusi sərəncamı ilə iki il əvvəl “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006?2010-cu illər) təsdiq olunub. Dövlət Proqramının icrası ilə bağlı təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədi ilə bu ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılıb. Bu düşərgəyə də məhz həmin seçim zamanı ən yüksək bal toplayanlar cəlb olunub. Sonra nazir düşərgədə şagirdlərin istirahətlərinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş və mənalı keçdiyini deyən uşaqlar yaradılan şəraitdən razılıq edib, istedadlı uşaqların inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Nazirə məlumat verilib ki, istirahətlərini səmərəli keçirmək üçün uşaqlara hər cür şərait yaradılıb, müxtəlif tədbirlərlə zəngin gün rejimi tərtib olunub. Onlar hər gün sevdikləri idman növləri ilə məşğul ola bilir, şahmat, dama oynayır, şəhərin görməli yerlərinə gəzintilərə çıxırlar. İndiyədək Qız qalasına, Şirvanşahlar sarayına, Mərdəkan dendrarisinə, Atəşgaha gəzintilər təşkil olunub, bir sıra idman növləri üzrə yarışlar keçirilib. İnternat məktəbin zəngin kitabxanası, kompüter otaqları, idman zalı, hovuzu istedadlı uşaqların ixtiyarındadır. Uşaqlarla söhbət edən nazir onların arzu-istəkləri ilə maraqlanıb, çoxsaylı suallarını cavablandırıb. Nazir istedadlı uşaqların düşərgədə olduqları müddətdən maksimum səmərəli istifadə etmələri üçün paytaxtın tarixi-mədəni abidələrinə, muzeylərinə, xüsusən də Azərbaycan tarixi, xalça muzeylərinə ekskursiyaya aparılmasını tövsiyə edib. Təhsil naziri istedadlı uşaqlar üçün düşərgədə yaradılmış şəraiti, onlarla keçirilən mədəni-kütləvi tədbirləri, alimlərin şagirdlərlə görüşünü yüksək qiymətləndirib, bu işdə əməyi olanlara təşəkkür edib. Görüşün sonunda Misir Mərdanov yay təlim-istirahət düşərgəsində dincələn istedadlı uşaqlarla xatirə şəkli çəkdirib

 

Kateqoriya: Tehsil | Baxılıb: 1771 | Elave eden: Admin | Reytinq: 5.0/3 |
Ümumi şerh: 3
09.09.2008
3. Kamal (Admin) [Xeber]
.)))biraz asagdan yuxari az bax ))))))))))) biggrin

07.09.2008
2. __ISALI KAMRAN__ (KAMRANFB) [Xeber]
.Nedense bu MISIRIN yerinde ozumu gorurem.

16.08.2008
1. Kamal (Admin) [Xeber]
.Lap yaxsi:)) cool

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2008  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024