Məlumatlar İqtisadi rayon: Şəki-Zaqatala Ərazi: 1350[1] (km²) Əhali: 117 896 (01.01.2009)[1] Əhali sıxlığı: 87 (nəfər/km²) Nəqliyyat vasitəsi kodu: 62 Telefon kodu: 174 Poçt kodu (Mərkəzi PŞ): Yaşayış məntəqələrinin sayı İcra başçısı: Mübariz Əhmədzadə İnternet saytı: İnzibati mərkəzi Zaqatala şəhəridir. <span style="color:red">Tarixi Zaqatala inzibati rayonu (yaranma tarixi 08.08.1930), Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Qərbdən Balakən rayonu, şərqdən Qax rayonu, şimaldan Qafqaz dağları boyunca Rusiya Federasiyası, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir. İnzibati ərazi bölgüsü -1 şəhər, 2 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala şəhəri - əhalisi 20600 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir. Coğrafi mövqeyi Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25-30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Relyefi Rayonun ərazisi dağlıq və aran hissədən ibarətdir, Təbiəti Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir - şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna - maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur - qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül. 1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "Zaqatala" Dövlət qoruğu yaradılmışdır. İqlimi Rütubətli subtropik iqlimə malikdir. Hava dağlarda soyuq, düzənliklərdə isti olur. Əhalisi 1999-cu ilin 27 yanvar-4 fevral tarixi arasında aparılmış siyahıya almaya əsasən Zaqatala rayonunun əhalisi 107 240 nəfər (59,5%-i azərbaycanlılar, 24,09%-i Qafqaz avarları, 12,23%-i saxurlar, 2,87%-i gürcülər, 0,38%-i ruslar, 0,29%-i ləzgilər, 0,28%-i mesxeti türkləri, 0,36%-i digər millətlərin nümüyəndələri olmaqla) olmuşdur.[1] Yaşayış məntəqələri Qəsəbələr / Kəndlər Car, Göyəm, Mazıx, Maqov, Danaçı, Əli-bayramli, Dombabinə, Yuxarı Tala, Aşağı Tala, Muxax, Yuxarı Çardaxlar, Çobankol, Gözbarax, Suvagil, Bəhmətli, Lahıc, Mosul, Yengiyan, Qandax, Muğanlı, Əliabad, .... İqtisadi xarakteristikası Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına malikdir. Maddi-mədəni irsi Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur. Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir. Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII əsrə aid məscidlər, Keloba kəndində əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır. Əlavə məlumatlar Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adını dəyişilmiş formasını təşkil edir. E.ə. VII əsrin əvvəlində Kimmer - Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi. Zaqatala sözünün yaranmasına dair ikinci bir rəvayət də vardır. Guya qədim zamanlarda bu ərazi sıx meşələrlə örtülmüşdü və Zəkəriyyə adlı bir şəxs meşəni qıraraq Tala açdı və özünə ev tikdi. Həmin ərazini yerli əhali "Zəkəritala" adlandırdı, bu da Zəkəriyyənin talası (düzü) deməkdir. Sonralar Zəkəritala adlı kənd yarandı və zaman keçdikdə bu ad öz toponomiyasını dəyişərək Zaqatala oldu. 1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Ərazisi 1348 kv. km.-dir. Əhalisi 113806 nəfər, əsasən azərbaycanlılardır. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır. Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir. Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır. Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1929-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. göstərmək olar. Zaqatala rayonunda nəqliyyatın avtomobil, dəmiryolu, hava yolu növləri mövcuddur. Zaqatala avtovağzalı 1969-cu ildən fəaliyyət göstərir. Zaqatala dəmiryolu vağzalı 1986-cı ildən fəaliyyət göstərir. Zaqatala aeroportu Azərbaycanda fəaliyyət göstərən ilk təyyarə limanlarından biridir. Avtomobil nəqliyyatı Avtovağzaldan rayondaxili marşrutlarda və respublikadaxili Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Şəki, Qax, Balakən və respublikadan kənar Moskva, Maxaçqala, Volqaqrad şəhərlərinə avtobus marşrutları sərnişinlərə xidmət göstərir. </span>
|