Bu gün Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XXII turun son oyunları baş tutub. İkinci “altılıq”da oynayacaqları rəsmiləşən “Qəbələ” və “Gəncə” qolsuz “sülh”lə ayrılıb. Qar üzündən 1 saat gec oynamalı olan “Simurq”la “Muğan”ın görüşünün taleyini isə 1 qol həll edib. Salyanlılar sonda vurulan qolla uğurlu seriyanı davam etdiriblər. Turun mərkəzi oyunu isə daha məhsuldar alınıb. Son ölkə çempionu “İnter”in qonağı olan “Xəzər Lənkəran” istəyinə 3 qolla çatıb. “Neftçi”dən uzaq düşməməyə çalışan lənkəranlıların böyük hesablı qələbəsinə isə yalnız penalti imkan verməyib. “Birlik kuboku”nun bombardiri Girts Karlson komandasını biabırçılıqdan xilas edən təsəlli qolunu vurub. Lakin bakılılar bu turadək sahib olduqları 3-cü pillə ilə vidalaşıblar. Belə ki, “Qarabağ” 2 gün əvvəl “İnter”i arxada qoymuşdu. <span style="color:green">27 fevral 14:00. "Qəbələ" - "Gəncə" - 0:0 QIRMIZI VƏRƏQƏ: Ramal Hüseynov, 42 Hakimlər: Ramil Diniyev, Azad Ə. Hüseynov, Azad Q. Hüseynov, Rasim Məmmədov Qəbələ. Şəhər stadionu İlk dövrədəki oyun – 0:0 15:00. "Simurq" - "Muğan" - 0:1 QOL: Con Pelu, 82 Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Elşən Acalov, Vüsal Əliyev Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. İlk dövrədəki oyun – 0:1 16:00. "İnter" - "Xəzər Lənkəran" - 1:3 QOLLAR: Girts Karlson, 60-p - Hristu Kiaku, 9, Adrian Pit, 19, Uinston Parks, 50 Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Munis Abdullayev, Rauf Cabbarov Bakı. "Şəfa" stadionu İlk dövrədəki oyun – 0:0 Turnir cədvəli 1 Neftçi 22 14 6 2 40-9 48 2 Xəzər Lənkəran 22 14 5 3 28-12 47 3 Qarabağ 22 13 3 6 30-14 42 4 İnter 22 12 4 6 24-16 40 5 AZAL 22 9 9 4 27-16 36 6 Bakı 22 9 6 7 28-21 33 7 Qəbələ 22 8 7 7 19-14 31 8 Muğan 22 7 6 9 14-23 27 9 Gəncə 22 5 9 8 23-27 24 10 Turan 22 3 6 13 17-35 15 11 Simurq 22 2 6 14 12-34 12 12 MOİK 22 1 3 18 6-47 6 Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15</span> APASPORT
|