Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 31 » Utancaqlıq gücdür, ya zəiflik?
Utancaqlıq gücdür, ya zəiflik?
20:26

Utancaq insanların davranış modelləri

Utancaqlıq gücdür, ya zəiflik?
Utancaq insanların davranış modelləri

İlk görüşə gələn gənc xanımın utancaqlığı başadüşüləndir, amma buraxılış imtahanında utandığına görə bildiyini unutmaq həyəcan təbilidir. Utancaq insanların hansı davranış modelləri var?

Siz vaxtınızı daha çox hansı kampaniyada keçirməyi sevirsiniz?
A. Maraqlı kitabla
B. Yaxın dostla
C. Restoranda şam yeməyi zamanı və ya şənliklə tanış olduğunuz yeni insanlarla

İstədiyiniz adama təsir bağışlamaq istəyəndə…
A. Tərləyir və kəkəliyirsiniz
B. Onun xoşuna gəlməyəcəyinizdən ehtiyatlanırsınız
C. Canlı və hazırcavab olursunuz

Sizə lazım olan küçəni tapa bilməyəndə nə edərsiniz?
A. Şəhərin xəritəsindən istifadə edərsiniz
B. Yoldan ötənlərdən soruşarsınız, amma kimdən bilmirsiniz
C. Qarşınıza ilk çıxan adama müraciət edərsiniz

İşə qəbul müsahibəsi zamanı siz adətən:
A. Sakit danışaraq döşəməyə baxırsınız
B. Həyəcanınızı yüksək tonunuzla ört-basdır etməyə çalışırsınız
C. Suallara təmkinlə və dəqiq cavab verirsiniz

Sevginizi necə etiraf etmək sizin üçün asandır?
A. Məktubla
B. Telefonla
C. Üzbəüz, nə olur-olsun

Komplimentə reaksiyanız necədir:
A. Cavab tapa bilməyib qızarırsınız
B. Partnyorun səmimi olmasına inanmır və bunu zarafata çevirirsiniz
C. Cavab olaraq siz də kompliment deməyə çalışırsınız

Xoşunuza gələn insanla təkbətək qalanda hiss edirsiniz ki:
A. O sizdən bezib
B. Sizə qarşı diqqətcil deyil
C. Hər sözünüzə diqqət yetirir

İnkişaf etməkdə olan ölkələrin birinə səyahət zamanı yerli sakin sizin ombanızdan çimdikləsə nə edərsiniz?
A. Dəhşət içində qaçarsınız
B. Bunu yerli ənənə kimi qəbul edib yolunuza davam edərsiniz
C. Siz də onu çimdikləyərsiniz

Liftdə tanımadığınız insanla olanda:
A. Gözlərinizi qaçırarçınız
B. Havanın pis olmasını dilə gətirərsiniz
C. Qısa dialoq qurarsınız

Qonaq gəlmisiniz və hamı sizə tamaşa edir. Fikirləşərsiniz ki:
A. Çox pis geyinmisiniz
B. Birindən işin nə yerdə olduğunu soruşarsınız
C. Bunun sizə layiq reaksiya olduğunu düşünərsiniz

İctimaiyyət qarşısında çıxış zamanı:
A. Əvvəlcədən sakitləşdirici həb atarsınız
B. Çıxışınızı olduqca qısa edərsiniz
C. Sizə heyran qalmalarına çalışarsınız

Telefonun dəstəyini qaldırırsınız, danışan səhv düşüb. Siz:
A. Ona kömək edə bilməyəcəyinizə görə üzr istəyərsiniz
B. Söhbəti uzada bilmədiyinizə görə heyfsilənərsiniz
C. Bir balaca söhbət edərsiniz və ya telefon tanışlığı qurarsınız

Düşünürsünüz ki, məvacibinizi artırmalıdırlar, siz:
A. Müdirin bunu başa düşməsini gözləyərsiniz
B. Daha yaxşısına layiq olduğunuza işarə edərsiniz
C. Onunla ayrıca görüş təyin edərsiniz

Əgər başınıza xoşagəlməz hadisə gələrsə, kiminlə bölüşərsiniz?
A. Heç kimlə
B. Telefonla tanımadığınız adamla
C. Sizə sirrini danışan dost və ya qohumunuzla

Nəticələri hesablayaq
Hər "A" cavabına görə 2 xal, "B" cavabına görə 1 xal, "C" cavabına görə isə 0 xal verin.

0-7 xal:
Siz ikinci planda duranlardan deyilsiniz və utancaqlıq sizin üçün heç vaxt problem olmayıb. Əksinə, bəzən elə kobud olursunuz ki, ətrafdakıların sizdən zəhləsi gedir. Utancaq insanların davranışlarına fikir verin, onlardan hansı hallarda utanmaq, çəkinmək lazım olduğunu öyrənin.

8-20 xal:
Sizin vəziyyətiniz bir çoxları üçün tipikdir: bəzən fəal və diribaş, bəzənsə utancaq və qapalı olursunuz. Arabir problemlərinizi həddindən artıq şişirdirsiniz, bu da ətrafdakıların diqqətini çəkir. Həmçinin bilin ki, utanmağınız sizin silahınızdır, onun köməkliyilə özünəgüvənən insanların əldə edə bilmədikləri məqsədlərə nail olursunuz.

21-28 xal:
Siz özünüzü qiymətləndirə bilmir və buna görə də həddindən artıq utancaqlıqdan əziyyət çəkirsiniz. Bu sizin zəifliyinizdir, amma onu gücünüzə çevirə bilərsiniz. Barənizdə başqalarının nə düşündüyünü fikirləşməyin! İnanın, onların öz problemləri var, bəlkə sizinkindən də ciddi.

Kateqoriya: Muxtelif | Baxılıb: 1115 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 4
Qonaqlar 4
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024