Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 9 » Türkiyə universitetlərinə qəbulun nəticələri açıqlandı
Türkiyə universitetlərinə qəbulun nəticələri açıqlandı
11:24

Bu il 48 azərbaycanlı Türkiyənin müxtəlif universitetlərində oxumaq hüququ qazanıb

2010/2011-ci tədris ilində Türkiyə universitetlərinə təhsil almaq üçün keçirilən test imtahanın nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, 48 azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan 20-i türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunub. 16 abituriyent bir illik türk dili kursunda təhsil aldıqdan sonra daxil olduqları universitetin birinci kursuna qəbul olunacaq. Digərləri isə daxil olduqları universitetin birinci kursuna qəbul olunurlar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar.

Ali mətkəblərə qəbul olmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün iyunun 10-dan 18-dək saat 10:00-dan 13:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna müraciət etməlidirlər.

Ünvan: Bakı şəhəri, Xətai prospekti 49. Əlaqə telefonları:496-34-77 (daxili - 114).

Qeyd edək ki, türkiyə ali məktəblərinə imtahan aprel ayının 25-də keçirilmişdi.

Kateqoriya: Tehsil | Baxılıb: 764 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024