Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 23 » TQDK Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir
TQDK Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir
17:35

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası təhsil sahəsində dövlətlərarası müqaviləyə əsasən Türkiyə Respublikasının Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) ilə birgə 2010-cu il aprelin 25-də Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncləri üçün Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirir.

Bu il Azərbaycan gənclərinə Türkiyə Respublikasının nüfuzlu 12 universitetində təhsil almaq üçün 48 yer ayrılıb. Sənəd qəbulu aprelin 5-dən 17-dək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Quba və Şirvan şəhərlərində təşkil olunmuş Sənəd Qəbulu Komissiyalarında aparılmışdır.

Türkiyədə ali təhsil almaq arzusunda olan 1636 abituriyent sənəd vermişdir.
Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 1454 rus bölməsi üzrə 182 nəfərdir.

İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər 22, 23 və 24 aprel 2010-cu il tarixlərində ərizə verdikləri Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

Bakıda imtahanlar Bakı Dövlət Universitetinin I və yeni tədris binalarında (1415 abituriyent), Naxçıvan şəhərində - Naxçıvan Dövlət Universitetinin “hüquq” korpusunda (221 abituriyent) keçirilir.

İmtahan saat 12:00-da başlanır.

İmtahan prosesində Türkiyə Təhsil Nazirliyindən Necip Özkan, Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzindən Zeliha Demirkol Kubilay, Yüksək Öyrətim Qurumundan Handan Sancak, Türkiyə Respublikası Maliyyə Nazirliyindən Marat İnce iştirak edəcək. İmtahan testləri qapalı bunker şəraitində TQDK və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən hazırlanır.

Türkiyə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlıca cəhəti ondadır ki, abituriyentlər seçdikləri ixtisasdan asılı olmayaraq orta məktəbdə tədris olunan riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, dünya ədəbiyyatı fənlərindən imtahan verirlər. Bu sıraya məntiqi suallar da daxildir. Sual kitabçası 100 test tapşırığından ibarətdir. İmtahanın müddəti 90 dəqiqədir. Türk dilindən imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılır.

Müsabiqə Türkiyə Respublikası Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaq. Nəticələr Türkiyə tərəfindən TQDK-ya göndərildikdən sonra qəbul olanların siyahısı KİV-də dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcək. Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar.

Kateqoriya: Tehsil | Baxılıb: 1011 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024