Oktyabrın 1-dən start götürəcək seminarlar respublikanın pedoqoji ictimaiyyəti üçün açıq olacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə 2010-cu il oktyabrın 1-dən fənlər üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayır.
Seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır. İstənilən mütəxəssis TQDK-nın Orta təhsil üzrə yoxlama-ölçmə materialları sektorunda qeydiyyatdan keçərək, müvafiq fənn üzrə seminarın işində iştirak edə bilər.
Bu il TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba şəhərlərində fəaliyyət göstərən regional bölmələrində də bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçiriləcəkdir. İnternet proqramlarının tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı videobağlantılar təşkil ediləcəkdir.