Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Avqust » 13 » TQDK sədri: “Bu ilki məzunların təxminən 50 faizinin 200 baldan aşağı nəticə göstərməsi yaxşı göstərici deyil”
TQDK sədri: “Bu ilki məzunların təxminən 50 faizinin 200 baldan aşağı nəticə göstərməsi yaxşı göstərici deyil”
15:42

“Biz hesab edirdik ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından keçən bu ilki məzunlar qəbul imtahanlarında 200 baldan yuxarı nəticə göstərəcəklər.

Mərkəzləşdirilmiş imtahanlardan keçənlər arasında 0-100 bal toplayanların da sayı azalaraq 5-3 faiz ola bilər. Amma qəbul imtahanlarında bu ilin məzunlarının 28 faizi 0-100 bal toplayıb. Bu göstəricilər bizim gözlədiyimiz nəticə deyil”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il orta məktəbi bitirənlərin yalnız 65%-i ali məktəbə qəbul üçün ərizə verib. Onların 8%-i 500-700, 21%-i 100-200, 28%-i 0-100 bal toplaya bilib. Bu ilki məzunların təxminən 50%-i isə 200 baldan aşağı nəticə göstərib: “Bu, elə yaxşı göstərici deyil. 200 bal toplamaq 2 almamaq deməkdir”.

M. Abbaszadə deyib ki, I ixtisas qrupunda bu ilki məzunların 5%-i , II qrupda 10%-i 500-700 bal toplayanlardır. Bu isə o deməkdir ki, ümumilikdə 500-700 bal toplayanların daha çoxu II qrupa sənəd verib. III qrupda məzunların 8%-i , IV qrupda 12%-i 500-700 bal toplayıb.

TQDK sədrinin sözlərinə görə, II və IV qrupları seçən məzunlar ən istedadlı, konkret ixtisasını əvvəlcədən müəyyənləşdirilmiş abituriyentlərdir. Ona görə də bu qruplarda kifayət qədər yüksək müsabiqə vəziyyəti yaranıb: “III və I qruplara sənəd verənlərin müəyyən qismi isə buraya ona görə sənəd verirlər ki, vakant yerlərin sayı çoxdur, ixtisaslar müxtəlifdir, yüksək prestijli ixtisaslarla yanaşı, aşağı müsabiqə vəziyyəti olan ixtisaslara qəbul olma imkanı var. Bu da qəbulun göstəricisində öz əksini tapıb”.

Kateqoriya: Tehsil | Baxılıb: 740 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024