Sınaq imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 17-də Respublikanın 29 şəhərində sınaq imtahanı keçirib.
İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmışdı.
Bütün binalarda imtahan təlıimata uyğun şəkildə keçirilmiş, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılmışdı. Həftə ərzində nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda Azercell şirkəti ilə yanaşı, Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərmələklə imtahan nəticələrini öyrənə bilərlər.