Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 13 » TQDK-nın sektor müdiri: “Birinci mərhələni keçən oğlan bakalavrların iyul hərbi çağırışından azad edilməsi yaxşı olar”
TQDK-nın sektor müdiri: “Birinci mərhələni keçən oğlan bakalavrların iyul hərbi çağırışından azad edilməsi yaxşı olar”
21:44

“Oğlanların ali məktəblərin bakalavr pilləsini bitirən kimi magistraturaya daxil olub-olmamasından asılı olmayaraq, həqiqi hərbi xidmətə aparılması magistraturaya meylin müəyyən qədər azalmasına gətirib çıxarır. Oğlan bakalavrların heç olmasa bir çağırış hərbi xidmətə çağırışdan azad edilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün çox əhəmiyyətlidir. Heç olmasa, birinci mərhələdən keçən bakalavrlara bir çağırış möhlət verilsəydi, biz imtahanı sonra - məsələn, avqust ayında rahat keçirərdik”.

Bu sözləri APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sektor müdiri Natiq Əliyev deyib. O bildirib ki, magistraturaya qəbul imtahanının I mərhələsini keçən bakalavrların iyul çağırışından azad edilməsi çox yaxşı olar: “Bizim işimizi çətinləşdirən odur ki, iyunda buraxılış imtahanları keçirilir. İyulun 1-dən çağırış başladığı üçün biz həmin ayda həm də qəbul imtahanları keçirməyə məcburuq. Əgər ilk mərhələdən keçənlərə möhlət verilsəydi, biz imtahanı məsələn, avqust ayında rahat keçirərdik”.

N. Əliyevin sözlərinə görə, bu, TQDK-nın deyil, daha çox ali məktəblərin problemidir. Ona görə də TQDK bu məsələnin Təhsil Nazirliyi və ali məktəblərin rəhbərliyi tərəfindən Milli Məclisdə qaldırılmasını məsləhət görür.

Kateqoriya: Tehsil | Baxılıb: 756 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024