Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 30 » TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir
TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir
18:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il mayın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ərizələrin qəbulu internet vasitəsilə aprelin 12-dən 19-dək aparılıb və 15362 bakalavr ərizə verib. Onlardan 13563-ü Azərbaycan bölməsi, 1799 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7508 nəfəri oğlan, 7854 nəfəri isə qızlardır. Bakalavrlardan 9193 nəfəri 2010-cu ilin məzunlarıdır.

İmtahanda iştirak etmək üçün bakalavrlar aprelin 28-dən etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.

Qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçiriləcək. İmtahanın idarə olunması üçün 103 imtahan rəhbəri, 1081 nəzarətçi-müəllim cəlb olunub. İmtahan saat 14:00-da başlayacaq və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) fənni üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələnin nəticələrinə görə, ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılacaqlar.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçirilir və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.

Kateqoriya: Tehsil | Baxılıb: 761 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024