Başlıq » 2010»İyun»13 » Təhsil naziri bir qrup valideynlə görüşüb
Təhsil naziri bir qrup valideynlə görüşüb
15:36
Təhsil Nazirliyində bir qrup valideynlə görüş olub.
Valideyn-Müəllim Assosiasiyasının təşəbbüsü ilə keçirilən tədbirdə ayrı-ayrı uşaq bağçalarında tərbiyə alan uşaqların və ümumtəhsil məktəblərində oxuyan şagirdlərin valideynləri iştirak ediblər. Təhsil naziri Misir Mərdanov ölkədə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, bu sahənin inkişafı ilə bağlı əhəmiyyətli dövlət proqramları həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdən məmnun qaldıqlarını bildirən valideynlər müvafiq sahə ilə bağlı arzu və təkliflərini söyləyiblər.