Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 22 » Sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirilib
Sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirilib
19:53

Sükan arxasında telefonla danışan sürücülər isə 50 manat cərimə ediləcək

“Yol hərəkəti haqqında” qanunun pozulmasına görə cərimələr sərtləşdirilib.
Avtomobillərin pəncərələrindən pərdə asmağa, eləcə də arxa şüşələrə plyonka çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa da icazə verilib

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə olunub. APA-nın xəbərinə görə, sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. Komitə sədri bildirib ki, sözügedən qanunlara təklif olunan dəyişikliklərin bir hissəsi terminlərin izahatının verilməsi ilə bağlıdır: “Bundan başqa, sürücülük vəsiqələri üçün minimum yaş həddi dəyişdirilir. Biz bilirik ki, baş verən yol qəzalarının bir hissəsi məhz bu amillə bağlıdır. Ona görə də bəzi kateqoriyalar üzrə sürücülük hüququnun verilməsində dəyişiklik təklif olunur. “A”, “B”, “C” kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarə etmə hüququnun 18 yaşdan, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnun 19 yaşdan, tramvayları, trolleybusları və “CE”, “D” kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarəetmə hüququnun 21 yaşdan, “DE” kateqoriyasına daxil edilən nəqliyyat vasitələrini idarə etmə hüququnun isə 24 yaşdan verilməsi təklif olunur”.

Ə. Hüseynov deyib ki, təklif olunan digər dəyişikliyə əsasən, avtomobil və avtobuslarda hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda, pəncərələrdən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir: “Hərəkət sürətində də dəyişikliklər edilir. Belə ki, qanuna təklif olunan dəyişikliyə əsasən, yaşayış zonalarında və həyət ərazilərində sürət saatda 20 kilometrdən çox olmamalıdır”.

Ə. Hüseynov, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklərin təklif edildiyini deyib. Qeyd olunub ki, bir sıra hallarda yol hərəkəti ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Müzakirələr zamanı çıxış edən deputat Nazim Məmmədov Milli Məclisin deputatlarının avtomobillərinə fərqləndirici nişanların verilməsi təklifi ilə çıxış edib.

Deputat Pənah Hüseyn isə bu əlavə və dəyişikliklərin korrupsiyaya yol açacağını deyib.

Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, indiyədək sürücülük vəsiqələri üçün minimum yaş həddi, əsasən 18 götürülüb. Tramvay sürücüləri üçün bu rəqəm 20, trolleybus sürücüləri üçün isə 21 olub.

Sükan arxasında telefonla danışan sürücülər 50 manat cərimə ediləcək.Belə ki, sürücünün nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə olunması məcəlləyə daxil edilib. Bundan başqa, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması qaydalarının pozulması, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarının pozulmasına görə isə cərimənin məbləği fiziki şəxslər üçün 15 manatdan 30 manata qədər artırılıb.

Kateqoriya: Muxtelif | Baxılıb: 801 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024