Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 25 » Sonuncu dünya çempionları mundialı qələbə qazanmadan sonuncu yerdə tərk etdi
Sonuncu dünya çempionları mundialı qələbə qazanmadan sonuncu yerdə tərk etdi
17:22

İtaliya yığması Dünya çempionatını tərk etdi.

Futbol üzrə ötən Dünya çempionatının finalçıları qara mundialla vidalaşdı. Fransadan sonra dünya çempionu İtaliya yığması da mübarizəni qrup mərhələsində dayandırdı.

Futbol üzrə Dünya çempionatının favoritlərindən sayılan İtaliya seçməsi “F” qrupunda son matçını Slovakiya seçməsinə qarşı keçirdi. Gözlənilənlərin əksinə olaraq, görüşdə ilk qol italiyalıların qapısına vuruldu. 25-ci dəqiqədə Robert Vittek hesabı açdı (1-0). Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Amma bu dəfə də fərqlənən slovaklar oldu. İlk qolun müəllifi Vittek dublunu rəsmiləşdirdi. Bu hesabla razılaşmayan Appenin təmsilçiləri 81-ci dəqiqədə buraxılmış qollardan birinin əvəzini çıxdı. Antonio Di Natale komanda yoldaşlarını ümidləndirdi. 85-ci dəqiqədə isə Kuaryarelanın fərqlənməsini hakim oyundan kənar vəziyyət kimi qiymətləndirdi.

Əvəzində Slovaklar 3-cü qolu vurdular. Kamil Kopunek fərqi 2-yə çatdırdı. Bu da qarşılaşmada vurulmuş son qol olmadı. Kualyarela mükəmməl zərbə ilə gözəl qola imza atdı (3-2). Marçelo Lippinin yetirmələrinin bərabərlik qolunu vurmasına sadəcə olaraq vaxt çatmadı və görüşü məğlub başa vurmuş İtaliya millisi mundialla vidalaşdı. Slovakiya isə bu qrupdan 1/8 finala vəsiqə qazandı.

Bu qrupun ikinci matçında Paraqvay və Yeni Zelandiya yığmaları üz-üzə gəldi. İlk hissəsi maraqsız keçən oyunda ən real qol vəziyyəti fasilədən sonra zelandiyalıların qapısı ağzında yarandı.

Riverosanın zərbəsini Mark Peston zərərsizləşdirdi. 81-ci dəqiqədə isə okeaniya təmsilçisinin qapıçısı Santa Kruza fərqlənmək imkanı vermədi və görüş elə başladığı kimi də yekunlaşdı (0-0). Qrup lideri olan Paraqvay millisi isə növbəti mərhələyə adladı.

Hollandiya Kamerunu məğlub etdi.Yaponiya isə Danimarkaya aman vermədi.

Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında daha iki 1/8 finalçı müəyyənləşib. E qrupunda keçirilən III turun oyunlarında Hollandiya Kamerunla, Yaponiya isə Danimarka ilə qarşılaşıb.

Hələ ötən turdan növbəti mərhələyə vəsiqəni təmin etmiş Hollandiya yığması əvvəlki iki görüşünü məğlubiyyətlə başa vuran Kameruna da xal verməyib. Sona 6 dəqiqə qalmış hesab 1:1 olarkən, Klaas Yan Huntelaar qələbə topunu vurub. Nəticədə Kamerun çempionatı xalsız tərk edən ilk komanda olub.

Yaponiya isə Danimarkanı məğlubiyyətə məruz qoyub. Asiya təmsilçisi oyun boyu xeyli inamlı təsir bağışlayıb. Yaponiyanın 3 qolundan 2-si cərimə zərbəsindən sonra vurulub. Danimarka isə penalti vurmaq hüququ qazanıb. Yon Dal Tomassonun ilk vuruşunu qapıçı qaytarsa da, o, təkrar zərbə ilə təsəlli qoluna imza atıb.

Beləliklə, iyunun 28-də saat 19:00-da başlanacaq 1/8 final matçında Hollandiya F qrupunun ikincisi Slovakiya ilə üz-üzə gələcək. Ertəsi gün eyni saatda Paraqvay Yaponiyanı sınağa çəkəcək.

Kateqoriya: Idman | Baxılıb: 903 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024