Yay diskotekası və köpük şou səhərə qədər davam edib Bakının Şıxov qəsəbəsində “1001 gecə” çimərliyində “əsl pivə şəhərciyi”nin açılış mərasimi keçirilib. Tədbir jurnalistlər üçün mətbuat konfransı ilə başlayıb. İlk olaraq “Baltika-Bakı” MMC-nin baş direktoru Telexuray Adam Ayuboviç və Regional brendlərin inkişafının baş meneceri Lostovka Svetlanov Aleksandrovna çıxış edib.
Çıxışlar zamanı “Baltika-Bakı” MMC məhsullarının yüksək keyfiyyətindən və yeni texnologiya ilə hazırlanmasından söhbət açılıb. Adam Ayuboviç “Baltika-Bakı” MMC-nin dövlət büdcəsinə 20 milyon manat vergi ödənildiyini bildirib. O, istehsal etdikləri məhsulların beynəlxalq standartlara cavab verdiyini qeyd edib.
Mətbuat konfransından sonra tədbir yerli estrada ulduzlarının iştirakı ilə davam etdirilib. Tədbir çərçivəsində “Xırdalanla unudulmaz yay!” mili promoaksiyanın uduş oyununun finalı da baş tutub.
Saat 21:00-dan başlayan yay diskotekası və köpük şou səhərə qədər davam edib.