Patimat Baqometova rəqiblərini üstələyib Bu gün Azərbaycanın qadın güləşçisi Patimat Baqomedova yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası aktivinə daha bir qızıl medal əlavə edib.
Bu gün 52 kq çəkidə qadın güləşçilərin yarışında ölkəmizi təmsil edən Patimat Baqometova Olimpiya çempionu adına layiq görülüb. Təmsilçimiz həlledici mərhələdə çinli Yuan Yuanı məğlubiyyətə uğradıb - 3:1.
"B" qrupunda mübarizə aparan güləşçimiz ilk görüşdə rəqibi Əlcazair təmsilçisi Sabrina Azzouza ilə qarşılaşdı (4:0). Sonra eyni hesabla Özbəkistan idmançısı Nilüfər Qadayeva və Quam idmançısı Arianne Eustaquyonu məğlub edərək finala vəsiqə qazandı. Finalda Çin idmançısı Yuan Yuana (3:2, 1:1) qalib gələrək, qızıl medala sahib oldu.
Beləliklə, Azərbaycan güləşçiləri yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarında iki gündə 3 qızıl medal qazanmaqla, bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndiriblər.
Xatırladaq ki, Olimpiadanın ilk günündə yunan-Roma güləşçilərimiz Murad Bazarov (42 kq) və Elman Muxtarov da qızıl medala sahib çıxmışdılar.
Sabah sərbəst güləş üzrə yarışlarda təmsilçilərimiz Kənan Quliyev (54 kq) və Əli Maqomedabirov (100 kq) mübarizə aparacaq.