Şahmatçımız Mixail Talın xatirəsinə həsr olunmuş turnirdə Levon Aronyan və Sergey Karyaginlə 1-3-cü yerləri bölüşdürüb Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov erməni Levon Aronyan və rusiyalı Sergey Karyaginlə 1-3-cü yerləri bölüşdürüb. Hər üç qrossmeyster 5,5 xal toplayıb. Turnirin sonuncu günündə Şəhriyar Məmmədyarov israilli Boris Helfanda məğlub olub. Sergey Karyagin çinli Vano Xaoya qalib gəlib, Levon Aronyan isə ukraynalı Pavel Elyanovla xalları bölüşdürüb. Turnirin yekun cədvəli: 1-3.Məmmədyarov, Aronyan, Karyagin-hər biri 5,5 xal; 4-6.Van Xao, Qrişşuk, Nakamura - hər biri 5 xal; 7. Kramnik - 4,5 xal; 8. Helfand - 3,5 xal; 9. Şirov - 3 xal; 10. Elyanov - 2,5 xal.
|