Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 11 » Səfurə Əlizadə ali məktəbə imtahansız qəbul oluna bilməz
Səfurə Əlizadə ali məktəbə imtahansız qəbul oluna bilməz
16:56

TQDK sədri “Eurovision” müsabiqəsindəki təmsilçimizin imtahansız ali məktəbə qəbul edildiyi barədə məlumatları təkzib etdi

“Eurovision” müsabiqəsinin iştirakçısı Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar qəbul olunmaq hüququ yoxdur. Çünki o, həmin müsabiqədə qalib olmayıb, 5-ci yerini tutub. Amma qaydalara görə, beynəlxalq olimpiada və müsabiqələrdə yalnız I, II və III yerlərin qalibləri ali məktəblərə imtahansız qəbul oluna bilər. Ona görə də Səfurə Əlizadə ali təhsil almaq istəyirsə, hamı kimi adi qaydada imtahan verməlidir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Eurovision” müsabiqəsində 5-ci yerini tutmuş Səfurə Əlizadənin imtahan vermədən ali məktəbə qəbul edilməsi barədə yayılan söz-söhbətlərə münasibət bildirərkən belə deyib. O qeyd edib ki, Səfurə Əlizadənin ali məktəbə müsabiqədən kənar qəbul olması barədə TQDK-ya qərar daxil olmayıb.

Məleykə Abbaszadə deyib ki, “Eurovision” təmsilçimiz ali məktəbə sənəd qəbulunda iştirak edib: “Amma o öz ərizəsini təsdiqləməmişdi. Digər tərəfdən, o, imtahanda iştirak edirsə, təkcə ərizəsini təsdiqləməməlidir, həm də qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçməlidir. O, sənəd qəbulu zamanı Bakıda olmadığı üçün bizə müraciət etdi ki, sənədlərini təsdiqləməyə şərait yaradaq. Biz də üzrlü səbəblərə görə, sənəd qəbulunda iştirak etmədiyini nəzərə alaraq, müraciətinə müsbət cavab verdik. Bizim ona güzəştimiz yalnız bu ola bilər”.

Kateqoriya: Tehsil | Baxılıb: 812 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024