Başlıq » 2010»İyun»9 » Rusiyada yaşayan azərbaycanlılar üçün imtahan keçirilib
Rusiyada yaşayan azərbaycanlılar üçün imtahan keçirilib
11:17
Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən Federasiyanın ali təhsil müəssisələrində Azərbaycan vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə Rusiyada yaşayan azərbaycanlı vətandaşların qəbulu üçün imtahan keçirilib.
İmtahan iyunun 6-da Heydər Əliyev Fondunun və Ümumrusiya Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə olub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 148 abituriyentdən 40 nəfəri müsabiqə şərtlərini ödəyərək RF-nin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Müsabiqədən keçənlərdən 4 nəfəri I qrup, 10 nəfəri II, 18 nəfəri III, 8 nəfəri isə IV qrup üzrə ixtisaslara qəbul olunublar.